AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair Göyçay şəhərində keçirilmiş seminarlar haqqında məlumat

Line Spacing+- AFont Size+- Çap
2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair Göyçay şəhərində keçirilmiş seminarlar haqqında məlumat
05.12.2016

3 dekabr 2016-cı il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzi Göyçay şəhərində H.Əliyev Mərkəzində 2017-ci ildə ümumi orta təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair seminarlar keçirib. 

Müzakirələrdə Göyçay, Ucar, Ağdaş, Kürdəmir, İsmayıllı, Ağsu, Qobustan, Şamaxı və Yevlax rayonlarının orta təhsil müəssisələrinin müvafiq fənn müəllimləri və metodistlər iştirak etmişlər. 

Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair məruzə ilə çıxış edərək bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib və sualları cavablandırıb. 


 

Daha sonra Azərbaycan dili və riyaziyyat fənləri üzrə seminarlarda müzakirələr davam etdirilib. 

Azərbaycan dili fənni üzrə seminarda Afiqə Batıyeva buraxılış imtahanı proqramı, Bakı Dövlət Universitetinin nəzdində Türk liseyinin müəllimi Saməddin İbrahimov isə test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat verərək sualları cavablandırıblar. 

 

Riyaziyyat fənni üzrə seminarda Aydın Qasımov buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat verərək sualları cavablandırıb.