AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Dövlət İmtahan Mərkəzi dekabrın 3-də növbəti SAT imtahanlarını keçirib

Line Spacing+- AFont Size+- Çap
05.12.2016

Dövlət İmtahan Mərkəzi dekabrın 3-də növbəti SAT imtahanlarını (3 fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) keçirib. İmtahanlar DİM-in inzibati binasında təşkil olunmaqla təlimata uyğun keçirilib. İmtahanlarda 48 nəfərin iştirakı nəzərdə tutulsa da, 43 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin dekabr ayının 22-də elan olunması gözlənilir. Nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.