Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 9-da Abşeron rayonunda vətəndaşları qəbul edib

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 9-da Abşeron rayonunda vətəndaşları qəbul edib
09.12.2016

DSC_0109.JPG

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 9‑da şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Abşeron rayonunda vətəndaşları qəbul etmişdir. Qəbulda Abşeron, Sumqayıt, Xızı rayon sakinləri və bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşa rayonlarından məcburi köçkünlər iştirak ediblər.

Görüşdə əsasən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin yeni qaydaları, buraxılış imtahanları, V ixtisas qrupuna, bakalavr, magistratura səviyyələrinə qəbul, həmçinin TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir. Komissiyanın səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M. Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.