AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair Xaçmaz şəhərində keçirilmiş seminarlar haqqında məlumat

Line Spacing+- AFont Size+- Çap
2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair Xaçmaz şəhərində keçirilmiş seminarlar haqqında məlumat
12.12.2016

10 dekabr 2016-cı il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzi Xaçmaz şəhərində Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində 2017-ci ildə ümumi orta təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair seminarlar keçirib. 

Seminarlarda Ulu Öndər, Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 



 


Müzakirələrdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının ümumi və tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak ediblər. 

Azərbaycan dili fənni üzrə seminarda Afiqə Batıyeva ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının modeli, Bakı Dövlət Universitetinin nəzdində Türk liseyinin müəllimi Saməddin İbrahimov buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat verərək sualları cavablandırıblar. 


  

Riyaziyyat fənni üzrə seminarda Aydın Qasımov ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının modeli, Bakı Dövlət Universitetinin dosenti İmran Abdullayev buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat verərək sualları cavablandırıblar.