2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına dair Bakı şəhərində keçiriləcək konfransın proqramı

Line Spacing+- AFont Size+- Çap
14.12.2016

Konfransın başlanma vaxtı: 19 dekabr 2016-cı il, saat 14:00 
Konfransın keçiriləcəyi ünvan: Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalı (Bakı şəhəri, Üzeyir Hacıbəyov, 68) 

Plenar iclas
1. Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına dair məruzə 
Məleykə xanım Abbaszadə – Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri 

Azərbaycan dili fənni üzrə seksiya iclası
Moderator: Afiqə Batıyeva – Dövlət İmtahan Mərkəzi 
1. Ümumi orta təhsil səviyyəsi (9-illik) üzrə buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında 
Saməddin İbrahimov – Bakı Dövlət Universitetinin nəzdində Türk liseyinin müəllimi 

Riyaziyyat fənni üzrə seksiya iclası
Moderatorlar: Oleq Şelaqinov, Aydın Qasımov – Dövlət İmtahan Mərkəzi 
1. Ümumi orta təhsil səviyyəsi (9-illik) üzrə buraxılış imtahanı proqramı haqqında 
İmran Abdullayev – Bakı Dövlət Universitetinin dosenti 
2. Test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında 
Aqşin Abdullayev – Gənc istedadlar liseyinin müəllimi