AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələlər keçiriləcək

Line Spacing+- AFont Size+- Çap
05.01.2017

Dövlət İmtahan Mərkəzi 2017-ci ildə keçiriləcək imtahanlarda nəzarətçi kimi ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər üçün yanvarın 10-dan etibarən seminar‑məşğələlər keçirəcək. Fevralın 1-dək davam edəcək bu seminarlar Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarların respublikanın bütün şəhər və rayonlarında keçirilməsi nəzərdə tutulur və 4750-ə yaxın nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə  14817 nəzarətçi‑müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və  göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar‑məşğələlər keçiriləcəkdir.

Seminar‑məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. İmtahan proseduralarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 20‑25 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilir.

Seminar-məşğələlərin keçirilməsində əsas məqsəd:

·        imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək;

·        nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;

·        şəxsi anket məlumatlarını dəqiqləşdirmək;

·        abituriyent auditoriyasının – imtahan zalının idarə olunmasında professionallq baxımından mühüm məqamları qeyd etmək;

·        imtahanın gedişində rast gəlinən problemləri sistemləşdirərək həlli yollarını sadalamaq;

·        nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbul etmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaqdır. 

Seminar-məşğələlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.

 

DİM tərəfindən keçiriləcək test  imtahanlarına

nəzarətçi qismində cəlb olunacaq yeni və təcrübəsi az olan müəllimlərlə seminar – məşğələlərin

Q R A F İ K İ

 

S/s

Rayon (şəhər, təşkilat)

Tarix

Vaxt

Yer

1.       

Abşeron

18.01.2017

14:00, 15:30

Xırdalan şəhər 1 nömrəli tam orta məktəb

2.       

Ağcabədi

13.01.2017

13:00, 14:30,

16:00

Ağcabədi Regional Bölməsinin inzibati binası

3.       

Ağdam

12.01.2017

14:00, 15:30

Quzanlı qəs., 18 №-li tam orta məktəb

4.       

Ağdaş

11.01.2017

14:00, 15:30

TTH Gimnaziya

5.       

Ağstafa

25.01.2017

14:00

A.Abdullayev adına şəhər

2 nömrəli tam orta məktəb

6.       

Ağsu

18.01.2017

14:00, 15:30

Şəhər 3 nömrəli tam orta məktəb

7.       

AMEA

30.01.2017-01.02.2017

14:30, 16:00

Dövlət İmtahan Mərkəzinin inzibati binası

8.       

Astara

26.01.2017

14:00, 15:30

Şəhər 1 nömrəli tam orta məktəb

9.       

Babək

18.01.2017

14:30

Qəsəbə 1 nömrəli tam orta məktəb

10.  

Balakən

18.01.2017

14:00

Nəsimi adına 2 nömrəli tam orta məktəb

11.  

Beyləqan

27.01.2017

14:00, 15:30

Şəhər 2 nömrəli tam orta məktəb

12.  

Bərdə

17-19.01.2017

14:00, 15:30

Z.Əliyeva adına texniki təmayüllü məktəb-lisey

13.  

Biləsuvar

16.01.2017

14:00, 15:30

Şəhər 4 nömrəli tam orta məktəb

14.  

Binəqədi

11.01.2017

14:00, 15:30

Bakı şəhəri 276 nömrəli tam orta məktəb

15.  

Cəlilabad

18.01.2017

14:00, 15:30

Şəhər 4 nömrəli tam orta məktəb

16.  

Culfa

17.01.2017

14:30

Şəhər 3 nömrəli tam orta məktəbi

17.  

Daşkəsən

16.01.2017

13:00

İ. Nəsimi adına şəhər 1 nömrəli

tam orta məktəbi

18.  

Füzuli

25.01.2017

14:00, 15:30

Şəhər musiqi təmayüllü internat tipli gimnaziya

19.  

Gədəbəy

23.01.2017

13:00

İ. Əliyev adına 1 nömrəli

şəhər tam orta məktəbi

20.  

Gəncə

13.01.2017

13:00, 14:30

С. Cabbarlı adına 6 nömrəli

tam orta məktəb

21.  

Goranboy

17.01.2017

14:00

Qatır Məmməd adına 2 nömrəli
şəhər tam orta məktəb

22.  

Göyçay

19.01.2017

14:00, 15:30

Göyçay Regional Bölməsinin binası

23.  

Göygöl

16.01.2017

14:00

İ. Hüseynov adına 1 nömrəli şəhər

tam orta məktəbi

24.  

Hacıqabul

18.01.2017

14:00

Şəhər 8 nömrəli tam orta məktəb

25.  

Xaçmaz

27.01.2017

14:00, 15:30

Şəhər 8 nömrəli orta məktəb

26.  

Xətai

24.01.2017

14:00, 15:30

Bakı şəhəri 95 nömrəli tam orta məktəb

27.  

Xəzər

23.01.2017

14:00, 15:30

Bakı şəhəri 156 nömrəli tam orta məktəb

28.  

Xızı

12.01.2017

14:00

Giləzi kənd tam orta məktəbi

29.  

İmişli

16.01.2017

14:00

Şəhər 5 nömrəli tam orta məktəb

30.  

İsmayıllı

17.01.2017

14:00, 15:30

Şəhər 2 nömrəli tam orta məktəb

31.  

Kəngərli

13.01.2017

14:30

Qıvraq qəsəbə tam orta məktəbi

32.  

Kürdəmir

10.01.2017

14:00, 15:30

Şəhər 3 nömrəli tam orta məktəb

33.  

Qax

13.01.2017

14:00

Şəhər 2 nömrəli tam orta məktəb

34.  

Qaradağ

17.01.2017

15:00

Bakı şəhəri 139 nömrəli tam orta məktəb

35.  

Qazax

25.01.2017

14:00

S.Əfəndiyev adına şəhər

1 №-li şəhər tam orta məktəbi

36.  

Qəbələ

25.01.2017

14:00

Şəhər 4 nömrəli tam orta məktəb

37.  

Qobustan

30.01.2017

14:00

Şəhər 2 nömrəli tam orta məktəb

38.  

Quba

25.01.2017

14:00, 15:30

Şəhər 2 nömrəli tam orta məktəb-lisey

39.  

Qusar

23.01.2017

14:00, 15:30

Şəhər 6 nömrəli tam orta məktəb

40.  

Lerik

10.01.2017

12:00, 13:30

Şəhər 1 nömrəli tam orta məktəb

41.  

Lənkəran

30.01.2017

14:00, 15:30

Şəhər 4 nömrəli tam orta məktəb

42.  

Masallı

23.01.2017

14:00, 15:30

Şəhər 3 nömrəli tam orta məktəb

43.  

Mingəçevir

16.01.2017

14:00

Texniki Humanitar təmayüllü lisey

44.  

Naxçıvan

19.01.2017

15:00

Naxçıvan MR Regional Bölməsinin binası

45.  

Neftçala

23.01.2017

14:00

Şəhər 1 nömrəli tam orta məktəb

46.  

Nərimanov

13.01.2017

14:00, 15:30

Bakı şəhəri 178 nömrəli tam orta məktəb

47.  

Nəsimi

(Şuşa, Laçın,

Zəngilan

məktəbləri ilə)

16.01.2017

15:00

Bakı şəhəri 54 nömrəli tam orta məktəb

48.  

Nizami

27.01.2017

14:00, 15:30

Bakı şəhəri 214 nömrəli tam orta məktəb

49.  

Oğuz

17.01.2017

14:00

Şəhər 1 nömrəli tam orta məktəb

50.  

Ordubad

17.01.2017

14:30

İnternat tam orta məktəbi

51.  

Saatlı

11.01.2017

14:00

Şəhər 2 nömrəli tam orta məktəb

52.  

Sabirabad

13.01.2017

14:00, 15:00

Şəhər 1 nömrəli tam orta məktəb

53.  

Sabunçu

26.01.2017

14:00, 15:30

Bakı şəhəri 96 nömrəli tam orta məktəb

54.  

Salyan

19.01.2017

14:00

Şəhər 7 nömrəli tam orta məktəb

55.  

Samux

17.01.2017

14:00

M.Ə.Sabir adına şəhər

1 nomrəli məktəb-lisey

56.  

Səbail

12.01.2017

14:00, 15:30

Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb

57.  

Sədərək

12.01.2017

14:30

Heydərabad qəsəbə tam orta məktəbi

58.  

Siyəzən

16.01.2017

14:00, 15:30

Şəhər 3 nömrəli tam orta məktəb

59.  

Sumqayıt

(Qubadlı

məktəbləri ilə)

19.01.2017

14:00, 15:30

Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya

60.  

Suraxanı

25.01.2017

14:00, 15:30

Bakı şəhəri 285 nömrəli tam orta məktəb

61.  

Şabran

18.01.2017

14:00, 15:30

Şəhər 5 nömrəli tam orta məktəb

62.  

Şahbuz

16.01.2017

14:30

Şəhər 1 nömrəli tam orta məktəbi

63.  

Şamaxı

12.01.2017

14:00, 15:30

Şəhər 2 nömrəli tam orta məktəb

64.  

Şəki

24-25.01.2017

14:00

Şəki Regional Bölməsi

65.  

Şəmkir

18.01.2017

14:00

Nizami adına şəhər

tam orta məktəbi

66.  

Şərur

12.01.2017

14:30

Şəhər 1 nömrəli tam orta məktəbi

67.  

Şirvan

25.01.2017

14:00

Şəhər 18 nömrəli tam orta məktəb

68.  

Tərtər

16.01.2017

14:00, 15:30

Şəhər 1 nömrəli tam orta məktəb

69.  

Tovuz

24.01.2017

14:00

N. Tusi adına şəhər orta məktəbi

70.  

Ucar

13.01.2017

14:00, 15:30

Şəhər 3 nömrəli tam orta məktəbi

71.  

Yardımlı

12.01.2017

12:00, 13:30

Şəhər 1 nömrəli tam orta məktəb

72.  

Yasamal

(Qaradağ 274

 və 320 saylı

məktəblər ilə)

10.01.2017

14:00, 15:30

Bakı şəhəri 53 nömrəli tam orta məktəb

73.  

Yevlax

16.01.2017

14:00, 15:30

Şəhər 2 nömrəli tam orta məktəb

74.  

Zaqatala

23.01.2017

14:00, 15:30

Şəhər 2 nömrəli tam orta məktəb

75.  

Zərdab

23.01.2017

14:00, 15:30

Şəhər 3 nömrəli tam orta məktəb