DİM dövlət vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirəcəkdir

Line Spacing+- AFont Size+- Çap
26.01.2017

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2017-ci il yanvarın 28-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında» Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcəkdir.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni yanvarın 25-dən Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, Ak. Landau küçəsi, 16) əldə edirlər.

İmtahan saat 11:00-da Bakı şəhərində 9 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 2889 namizəd qeydiyyatdan keçmişdir. Prosesin idarə edilməsi üçün 243 nəzarətçi-müəllim, 25 imtahan rəhbəri ayrılmışdır.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 sual qanunvericilik sahəsi üzrə, 10 sual informatika üzrə, 10 sual isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Vergilər Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.

Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə Vеrgilər Nаzirliyinin saytında “Faydalı” bölməsində “Vergi testi” altbölməsi yaradılmışdır. Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq altbölməsində yerləşdirilmişdir.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.