“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Layihəsi çərçivəsində görüş keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Layihəsi çərçivəsində görüş keçirilmişdir
27.01.2017


2017-ci il yanvarın 27-də Dövlət İmtahan Mərkəzində “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezident Administrasiyası, DİM, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının iştirakı ilə görüş keçirilmişdir. Görüşdə litvalı ekspert Giedrius Kazakevicius tərəfindən Almaniyanın, Renata Sadzeviciute tərəfindən Böyük Britaniyanın və Goda Aleksaitė tərəfindən Latviyanın dövlət qulluğu vəzifələrinin qruplaşdırılması sahəsində təcrübəsi təqdim edilmişdir. Tədbirdə iştirakçılar tərəfindən müzakirələr aparılmış və tərəfləri maraqlandıran suallar cavablandırılmışdır.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa İttifaqının Tvinninq yardım aləti çərçivəsində  “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Layihəsinin həyata keçirilməsi ilə bağlı Litva Respublikası tərəfdaş ölkə kimi seçilmişdir.

2016-cı ilin 17 noyabr tarixindən başlayan Layihə iki il müddətində həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Layihənin əsas tərəfdaş qurumları Litva Respublikasının Dövlət Katibliyi, Litva Respublikasının Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyidir.

Layihə Azərbaycanda peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etməsinə dəstək verəcək. Layihənin əsas məqsədi dövlət qulluğu vəzifələrinin qruplaşdırılması sisteminin qurulması, bu sistemin dövlət qulluğuna qəbul, fəaliyyətin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsi, habelə bu sahədə DİM-in malik olduğu alətlərin, potensialın və səmərəliliyin artırılmasıdır.

Layihə 4 komponent üzrə (vəzifələrin qruplaşdırılması sistemi, dövlət qulluğuna qəbul, fəaliyyətin qiymətləndirilməsi və dövlət qulluğu vəzifələrinin yeni təsnifatına uyğun ödəniş sistemi) nəticələr əldə etməyi hədəfləyir.