Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün treninqləri davam etdirir

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün treninqləri davam etdirir
30.01.2017

Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhəri üzrə Xəzər, Xətai, Suraxanı, Sabunçu və Nizami rayonları, eləcə də Şəki, Xaçmaz, Şirvan, Gədəbəy, Zaqatala, Zərdab, Neftçala, Masallı, Qusar, Tovuz, Qazax, Ağstafa, Qəbələ, Füzuli, Quba, Astara, Beyləqan rayonları üzrə imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün 23-27 yanvar tarixlərində seminar-məşğələlər keçirilmişdir.

DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən aparılan seminarlara 22 rayon üzrə 676 təhsil müəssisəsindən 1504 nəzarətçi‑müəllim cəlb edilmişdir. Müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyən 139 nəzarətçi-müəllim qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək seminar-məşğələlərə dəvət edilmişdir.

gence2.jpg

İmtahan proseduralarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 20‑25 nəfərlik qruplarla keçirilmişdir. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilmiş, imtahanın gedişi ilə bağlı qaydalar izah edilmiş, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilmiş və nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilmişdir.

Seminar iştirakçıları DİM tərəfindən sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.

Qeyd edək ki, növbəti seminarlar müxtəlif ali təhsil müəssisələrinin və AMEA‑nın nəzdində olan elmi-tədqiqat institutlarının əməkdaşları üçün 30 yanvar – 2 fevral tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında keçiriləcəkdir.