Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 27-də Astara şəhərində vətəndaşlarla görüş keçirəcəkdir.

Line Spacing+- AFont Size+- Çap
08.02.2017

Astara şəhərində keçiriləcək qəbulda Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara və Masallı rayon sakinləri iştirak edə bilərlər.

Astara şəhərində qəbul  fevral ayının 27-də  saat 12:00-da Astara şəhər Heydər  Əliyev  Mərkəzində (Ünvan: Astara şəhəri, Azərbaycan küçəsi 26 B)  keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya Dövlət İmtahan Mərkəzinin Lənkəran regional bölməsinə şəxsiyyət vəsiqəsilə birlikdə  (ünvan: Lənkəran ş., H.Aslanov xiyabanı 52, telefon: (025 25) 5 24 82 ) müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar  Yardımlı, Cəlilabad, Biləsuvar, Lerik, Astara və Masallı rayon təhsil şöbələrinə müraciətə edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.