DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib

Line Spacing+- AFont Size+- Çap
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib
28.02.2017

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının  sədri Məleykə Abbaszadə fevralın 28-də “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına həsr olunmuş mətbuat konfransı keçirmişdir.

Konfransda kütləvi informasiya vasitələrinin 30-dək nümayəndəsi iştirak etmişdir.

Qeyd olunmuşdur ki, Sərəncamın əsas məqsədi əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq şəxslərin təhsilini davam etdirməsini təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaqdır. 

Məleykə Abbaszadə  Sərəncamdan faydalana biləcək abituriyentlər haqqında məlumat vermişdir. Sədr bildirib ki, təqribən 70 minə yaxın abituriyentin imtahanda iştirak üçün ödəyəcəyi məbləğin dövlət büdcəsinin vəsaiti  hesabına həyata keçirilməsi gözlənilir. Daha sonra M. Abbaszadə ali təhsilin bakalavriat pilləsinə tələbə qəbulunun yeni qaydaları, DİM-in elektron xidmətlərindən istifadə zamanı hər bir imtahan iştirakçısının yaratmalı olduğu “Şəxsi kabinet”, ondan istifadə qaydası, ödəniş üsulları və s. haqqında məlumat vermişdir.   

M. Abbaszadə sonda KİV nümayəndələrinin suallarını cavablandırmışdır.