“Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzusunda seminar keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
“Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi”  mövzusunda seminar keçirilmişdir
28.02.2017

28 fevral 2017-ci il tarixində “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzusunda seminar keçirilmişdir. Seminar Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Avropa Şurası/Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsində “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsinə uyğun olaraq həyata keçirilmişdir.

Tədbir Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın dəstəyi ilə keçirilmişdir.

Tədbirdə açılış nitqi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov və  Avropa Şurasının Bakı Ofisinin layihə rəhbəri Teodora Lukovic çıxış etmişlər.

V.Əsgərov Azərbaycan Respublikasında dövlət qulluğu və korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatlardan, korrupsiya hüquqpozmaları ilə  bağlı məlumat verən şəxslərin müdafiəsi institutunun yaradılmasının əhəmiyyətindən danışmışdır.

T. Lukovic çıxışında layihə barədə məlumat verərək, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulamışdır.

qulluq3.JPG

Seminarda Avropa Şurasının ekspertləri John Devitt və Paul Zoubkov “Vəzifələr və terminlər”, “Hüquqpozmalarla bağlı məlumat vermə sahəsində imkanlar və çətinliklər”, “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzularında çıxışlar etmiş və qrup müzakirələri aparmışlar.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikasının Hesablama Palatasının, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının və mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında qulluq keçən 25 nəfər rəhbər vəzifəli dövlət qulluqçusu – şöbə müdirləri, şöbə müdirlərinin müavinləri və sektor müdirləri iştirak etmişlər.

Tədbirin sonunda seminarın mövzusu çərçivəsində iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmışdır.