DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 7-də Siyəzən şəhərində vətəndaşları qəbul etmişdir

Line Spacing+- AFont Size+- Çap
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 7-də Siyəzən şəhərində vətəndaşları qəbul etmişdir
07.04.2017

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 7-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Siyəzən şəhərində vətəndaşları qəbul etmişdir. Qəbulda Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz rayon sakinləri və bu rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak etmişlər.

Görüşdən öncə sədr Məleykə Abbaszadə ulu öndər Heydər Əliyevin Siyəzən Şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzmüşdür. 

Görüşdə əsasən dövlət qulluğuna işə qəbul, müəyyən səbəblərdən vaxtında şəhadətnamə və ya attestat ala bilməyən şagirdlər üçün eksternat qaydasında keçirilən buraxılış imtahanları, hal-hazırda davam edən ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M. Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.