Dövlət vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlandı

Line Spacing+- AFont Size+- Çap
15.04.2017
Dövlət İmtahan Mərkəzi Vergilər Nazirliyi ilə birgə 2017-ci il aprelin 15-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirmişdir. 

İmtahan bütün binalarda saat 11:00-da başlanmış və 3 saat ərzində aparılmışdır. 

İmtahanın nəticələri elə həmin gün saat 16:30-dan etibarən DİM-in internet saytında elan olunmuşdur. 

İmtahanda iştirak etmək üçün 1324 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 199 namizəd imtahana gəlməmişdir. Üzərində mobil telefon aşkarlandığı üçün 2 nəfər imtahandan xaric edilmişdir. İmtahanda iştirak edən 1123 namizəddən 90 nəfəri müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə-müsahibəyə buraxılmışdır. 

Ən yüksək nəticə 91 bal olmuşdur.