“Dövlət qulluğunda etik məsələlər üzrə təlimçilər üçün təlim” keçirilir

Line Spacing+- AFont Size+- Çap
“Dövlət qulluğunda etik məsələlər üzrə təlimçilər üçün təlim” keçirilir
18.04.2017

17-19 aprel 2017-ci il tarixlərində “Dövlət qulluğunda etik məsələlər üzrə təlimçilər üçün təlim” keçirilir. Təlim Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və Avropa Şurası/Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramı Əməkdaşlığı Çərçivəsində “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Təlimin keçirilməsində məqsəd iştirakçıların etik məsələlər üzrə biliklərinin artırılmasından və müvafiq dövlət orqanlarında etik davranış qaydaları ilə bağlı təlim keçəcək təlimçilərin hazırlanmasından ibarətdir.

Aprelin 17-də tədbirdə açılış nitqi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov və Avropa Şurasının Bakı Ofisinin layihə rəhbəri Teodora Lukovic çıxış etmişdir.

V.Əsgərov təqdimatla çıxış edərək Azərbaycan Respublikasında dövlət qulluqçularının etik davranış qaydalarından, onların mahiyyətindən və əhəmiyyətindən, etik məsələlər üzrə aparılmış maarifləndirmə işlərindən və keçirilən təlimin məqsədlərindən danışmışdır.

Təlimdə Avropa Şurasının ekspertləri Hendrik Bruning və John Bierlee çıxışlar etmiş və qrup müzakirələri aparmışdır.

DSC_0378[1].JPG

Təlim “Məqsədlər və terminologiya”, “Giriş və tarix: etika və yaxşı idarəçilik”, “Korrupsiyaya qarşı mübarizə və maarifləndirmənin artırılması sahəsində siyasət”, “Beynəlxalq nümunələr və Azərbaycan Respublikasının siyasəti”, “Vicdanlılığın və korrupsiyaya qarşı mübarizənin idarə edilməsi”, “Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın dövlət idarəetmə təşkilatları ilə bağlı strategiyası” və s. məsələləri əhatə edir.

Tədbirdə dövlət orqanlarının, hüquq mühafizə orqanlarının, qeyri-hökümət təşkilatlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edir.

Tədbirin sonunda iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulur.