DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 19-da Füzuli rayonunda vətəndaşları qəbul etmişdir

Line Spacing+- AFont Size+- Çap
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 19-da Füzuli rayonunda vətəndaşları qəbul etmişdir
19.05.2017

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 19-da şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Füzuli rayonunda vətəndaşları qəbul etmişdir. Qəbulda Füzuli rayonunun sakinləri ilə yanaşı İmişli, Beyləqan və Zərdab rayon sakinləri və bu rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak etmişlər.

Görüşdən öncə sədr Məleykə Abbaszadə Horadiz şəhərində yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzmüşdür.

bust.jpg

Görüşdə əsasən dövlət qulluğuna qəbul, hal-hazırda davam edən ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu, yayda keçiriləcək  ikinci qəbul imtahanları və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M. Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.