Quba rayonunda “Dövlət qulluğunda etik davranış” mövzusunda təlim keçirilir

Line Spacing+- AFont Size+- Çap
Quba rayonunda “Dövlət qulluğunda etik davranış” mövzusunda təlim keçirilir
29.06.2017

2017-ci ilin 29 iyun tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə Quba rayonunda “Dövlət qulluğunda etik davranış” mövzusunda təlim keçirilir.

Təlim Avropa Şurası/Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı çərçivəsində “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsinə uyğun olaraq həyata keçirilir.

Təlimdə ümumilikdə 30 nəfər - mərkəzi icra hakimiyyəti orqanlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Energetika Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Maliyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli bölmələrində, yerli icra hakimiyyəti orqanlarından Quba Rayon İcra Hakimiyyəti, Siyəzən Rayon İcra Hakimiyyəti, Qusar Rayon İcra Hakimiyyəti, Xaçmaz Rayon İcra Hakimiyyətində, rayon (şəhər) məhkəmələrindən Şabran Rayon Məhkəməsi, Siyəzən Rayon Məhkəməsi, Xızı Rayon Məhkəməsi, Qusar Rayon Məhkəməsi, Xaçmaz Rayon Məhkəməsində qulluq keçən dövlət qulluqçuları, o cümlədən Quba və ətraf rayonlarda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edir.

Tədbirdə açılış nitqi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov və Avropa Şurasının Bakı Ofisinin layihə rəhbəri Teodora Lukoviç çıxış etmiş və tədbirin əhəmiyyətindən danışmışlar.

V.Əsgərov eyni zamanda “Azərbaycanda etika və yaxşı idarəçilik” və “Azərbaycanda Anti-korrupsiya tədbirlərinin məqsədləri” mövzusunda təqdimatla çıxış etmişdir.

Təlim “Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın dövlət idarəetmə təşkilatları üçün strategiyası”, “Dövlət qulluğunda etik davranış üzrə vəsait”, “Dürüstlüyün idarə olunması və antikorrupsiya (rəhbərlik və insan resurlarının idarə olunması)” və digər mövzuları əhatə edir.