DİM Direktorlar Şurasının sədri M. Abbaszadə ilə yeni standartlar əsasında DİM tərəfindən hazırlanacaq dərs vəsaitlərinin “müəllif qrupları” arasında görüş keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
DİM Direktorlar Şurasının sədri M. Abbaszadə ilə yeni standartlar əsasında DİM tərəfindən hazırlanacaq dərs vəsaitlərinin “müəllif qrupları” arasında görüş keçirilmişdir
18.07.2017

18 iyul 2017-ci il tarixində Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə yeni tədris proqramları (kurikulum) əsasında hazırlanması planlaşdırılan Azərbaycan dili, rus dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya fənlərindən vəsaitlərin təklif olunan müəllif qrupları arasında görüş keçirilmişdir.

Görüşdə sədr Məleykə Abbaszadə qeyd etmişdir ki, artıq 9 ildir ki, Respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Sədr standartlara uyğun yeni dərs vəsaitlərinin hazırlanmasının vacibliyini iştirakçıların diqqətinə çatdırmışdır.

IMG_9602.JPG

İclasda “müəllif qrupları” ilə yeni dərsliklərə uyğun müasir standartlara cavab verən dərs vəsitlərinin hazırlanması, onların strukturu məsələsi geniş müzakirə edilmişdir. İclas iştirakçılarına müxtəlif siniflərdə tədris olunan mövzular üzrə materialların şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılması üçün DİM tərəfindən hazırlanmış “video-dərs” nümunələri təqdim olunmuşdur. Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının əhəmiyyəti və üstünlükləri müəlliflər tərəfindən də qeyd olunmuşdur.

İclasın  sonunda “müəllif qrupları” yeni dərs vəsaitlərinin hazırlanması ilə bağlı öz təkliflərini səsləndirmiş və qərara alınmışdır ki, hər bir fənn üzrə ekspertlərin ayrıca görüşləri keçirilsin və yeni tədris standartlarına (kurikuluma) uyğun dərs vəsaitlərinin hazırlanmasına başlanılsın.