DİM Direktorlar Şurasınınn sədri M.Abbaszadə Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul etmişdir

Line Spacing+- AFont Size+- Çap
DİM Direktorlar Şurasınınn sədri M.Abbaszadə Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul etmişdir
20.09.2017

2017-ci il 20 sentyabr tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Respublikasına səfər etmiş Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul etmişdir.

Görüşdə təhsil missiyasının üzvləri – Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin baş iqtisadçıları İqor Xeyfets və Katia Herrera Sosa, həmçinin DİM-in Direktorlar Şurasının sədrinin müavini Namiq Babayev,  Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev, Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin müdiri Oleq Şelaqinov, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin müdiri Çingiz Xəlilov, Strateji inkişaf şöbəsinin müdiri Fuad Mayılov da iştirak etmişdir.

Qeyd edək ki, təhsil missiya Azərbaycanın hökumət tərəfdaşları ilə ali təhsil sektorunun ölkənin iqtisadi inkişafına töhfəsinin gücləndirilməsi imkanlarını müzakirə etmək və sektorun innovasiya və özəl sektorun inkişafı üçün hazırlığını qiymətləndirməyə təşəbbüs göstərmək məqsədi daşıyır.

Missiya öz səfəri çərçivəsində Dünya Bankının hamı üçün təhsil imkanlarının yaradılması və ölkənin təhsil sisteminin gücləndirilməsinə yardım etmək məqsədi daşıyan “Daha Yaxşı Təhsil Nəticələri üçün Sistem Yanaşması” (SABER) təşəbbüsü çərçivəsində Ali Təhsil və Biznes İnkubatorları üzrə Məsləhət proqramı və Uşaqların Erkən İnkişafı siyasətinin SABER təhlili üzrə metodologiyanı təqdim etmişdir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə öz növbəsində DİM-in yaradılması, fəaliyyəti, biliyin qiymətləndirilməsi sahəsində DİM-in ölkədə rolu barədə görüş iştirakçlarına ətraflı məlumat vermişdir.