DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 22-də Ağsu şəhərində vətəndaşları qəbul edib

Line Spacing+- AFont Size+- Çap
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 22-də Ağsu şəhərində vətəndaşları qəbul edib
22.09.2017

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 22-də  dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ağsu şəhərində  vətəndaşları qəbul edib. Qəbulda Ağsu şəhərinin sakinləri ilə yanaşı Göyçay, Ucar və Kürdəmir rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür.

DSC_8273.JPG

Görüşdə əsasən ali təhsil müəssisələrinə, eləcə də ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir. Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilmiş, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır. 

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M. Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.