Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəmkir rayonunda valideynlər və şagirdlərlə yeni qəbul qaydaları ilə bağlı görüş keçirəcəkdir

Line Spacing+- AFont Size+- Çap
16.10.2017

 Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  oktyabr  ayının 20-də, saat 17:00-da Şəmkir şəhəri H.Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, H.Əliyev prospekti)  2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı valideynlər və şagirdlərlə görüş keçirəcəkdir. Görüşdə iştirak etmək   istəyən vətəndaşların  DİM-in Gəncə  regional bölməsinə (Ünvan: Gəncə şəhəri, H.Əliyev meydanı, inzibati bina ) müraciət etmələri (əlaqə tel.: (0222) 56-50-67) xahiş olunur.