DİM dövlət vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirmişdir

Line Spacing+- AFont Size+- Çap
21.10.2017

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2017-ci il oktyabrın 21-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında» Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirmişdir.

İmtahan saat 11:00-da başlanmış və 3 saat davam etmişdir. 
Bütün imtahan binalarında imtahan təlimata uyğun keçirilmiş, namizədlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılmışdır. 

Qeyd edək ki, imtahan nəticələrinin bu gün axşam saatlarına kimi elan olunması nəzərdə tutulur