Dövlət İmtahan Mərkəzində oktyabrın 28-də TOEFL imtahanı keçirilib

Line Spacing+- AFont Size+- Çap
29.10.2017

Dövlət İmtahan Mərkəzində oktyabrın 28-də növbəti TOEFL imtahanı keçirilib. İmtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti TOEFL imtahanının 2017-ci il noyabrın 25-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/exam/toefl/