Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsində Ağsu regional miqrasiya idarəsinin təşəbbüsü və Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə regional hüquqi maarifləndirilmə seminarı keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsində Ağsu regional miqrasiya idarəsinin təşəbbüsü və Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə regional hüquqi maarifləndirilmə seminarı keçirilmişdir
08.11.2017

07.11.2017-ci il tarixində saat 10:30-da Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsinin inzibati binasında Ağsu regional miqrasiya idarəsinin təşəbbüsü və Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə  “ Azərbaycan Respublikasında ümumtəhsil müəssisələrində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində yaşamaq hüququ verən sənədlərin alınması qaydaları”, həmçinin “Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması” mövzularında regional hüquqi maarifləndirilmə seminarı keçirilmişdir.

   Seminarda Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllı və Qobustan rayonun Təhsil şöbələrinin DİM-ilə əlaqələndirici əməkdaşları, məktəb direktorları, ekspertlər, bəzi əcnəbi və vətəndaşlığı olmayan şagirdlərin valideyinləri iştirakı etmişlər.

İclası Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsinin müdiri Məhəmməd Məmmədov açaraq “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında təhsil ala bilmələri üçün göstərilən dövlət qayğısı və multikultural prinsiplər” mövzusunda çıxış etmiş, ümumtəhsil müəssisələrində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin məlumatlarının DİM –in “Şagird-məzun” elektron məlumat bazasına işlənməsi və qarşıda duran məsələlərlə bağlı ətraflı məlumat vermişdir.

Daha sonra Göyçay Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Samir Xəlilov Dövlət İmtahan Mərkəzinin və Dövlət Miqrasiya Xidmətinin  təşkilatçılığı, təhsil şöbələrinin iştirakı ilə keçirilən tədbiri yüksək qiymətləndirmiş və bu sahədə rayonda görülmüş işlərlə bağlı məsələlərə toxunmuşdur.

Ağsu Regional Miqrasiya İdarəsinin bölmə rəisi, Rəfail Hüseynov və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin əməkdaşı Emin Allahverdiyev miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində görülmüş işlər, ümumtəhsil müəssisələrində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşamaq hüququ verən sənədlərin və başqa ölkədə anadan olmuş şagirdlərin şəxsiyyətini təsdiq edən sənədlərinin alınması ilə bağlı yaranan məsələlər barədə məlumat vermişlər.

Ağsu Regional Miqrasiya İdarəsinin əməkdaşı Həmid Həbibov   “Azərbaycan Respublikasında ümumtəhsil müəssisələrində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində yaşamaq hüququ verən sənədlərin alınması qaydaları”, həmçinin “Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması” mövzularında təqdimatla çıxış etmiş, video çarx nümayiş etdirilmişdir.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in və DMX-nin əməkdaşları tərəfindən cavablandırılmışdır.

Seminardan sonra DMX tərəfindən DİM-in Göyçay regional bölməsinin inzibati binasında səyyar qəbul təşkil olunmuşdur.