“Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
“Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilmişdir
05.12.2017
4 dekabr 2017-ci il tarixində Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri və Dövlət İmtahan Mərkəzinin əməkdaşlarının iştirakı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” ENPI/2016/378418 Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilmişdir.

Seminarda dövlət qulluqçularının reyestrinin işlənməsi, məlumat bazalarının doldurulması ilə məşğul olan dövlət qulluqçuları, kadrlar idarəsinin əməkdaşları və DİM-in müvafiq şöbələrinin əməkdaşları iştirak etmişlər. Görüşdə litvalı ekspertlər Arvydas Kazlauskas və Paulius Striska İnsan Resursları Məlumat Sistemi (HRİS) haqqında təqdimatla çıxış etmiş, DİM-in müvafiq sahəyə nəzarət edən vəzifəli şəxsləri ilə birgə iştirakçıların suallarını cavablandırmışdır.
dq2.jpg
Görüş zamanı dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanmasının asanlaşdırılması və dövlət qulluğuna qəbul sisteminin inkişafı məqsədilə informasiya texnologiyalarından istifadənin yolları haqqında təkliflər irəli sürülmüşdür. İnsan resurslarının idarəedilməsində və kağız sənəd dövriyyəsinin azalmasında İT-nin praktik rolu xüsusi olaraq vurğulanmışdır.