Tələbə Qəbulu üzrə Dövlət Komissiyası «Magistr» jurnalının 7-ci nömrəsini nəşr etmişdir

Line Spacing+- AFont Size+- Çap
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası «Magistr» jurnalının 7-ci nömrəsini nəşr etmişdir
16.08.2016

Jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA‑nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunmuşdur. Jurnalda, həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları təqdim olunur.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrlar 2016-cı il avqustun 16-dan 25-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim edib qeydiyyatdan keçməlidirlər. 2016-cı ilin məzunları digər sənədlərlə birlikdə ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisaslaşmaya yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanların siyahısından xaric ediləcəkdir.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən almaq olar:

·         Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

·         Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.

Jurnalın elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (xidmətə keçid:http://eservices.tqdk.gov.az/ejurnal/).