AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 21-də Kürdəmir şəhərində vətəndaşlarla görüş keçirəcəkdir

Line Spacing+- AFont Size+- Çap
07.09.2016

Kürdəmir şəhərində keçiriləcək qəbulda Göyçay, Ucar, Kürdəmir və Ağsu rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Kürdəmir şəhərində qəbul sentyabr ayının 21-də   saat 11:00-da Kürdəmir Heydər  Əliyev  Mərkəzində (Ünvan: Kürdəmir şəhəri, Bakı prospekti, 18)  keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Göyçay regional bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə  (ünvan: Göyçay ş. R.İsayev küçəsi, 43) müraciət etmələri (əlaqə telefonu: (020) 274 66 74) xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar  Ucar, Kürdəmir və Ağsu rayon təhsil şöbələrinə müraciətə edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.