AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 21-də Kürdəmir şəhərində vətəndaşları qəbul edib

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 21-də Kürdəmir şəhərində vətəndaşları qəbul edib
21.09.2016

goycay 2.jpg

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 21-də  şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Kürdəmir şəhərində vətəndaşları qəbul etmişdir. Qəbulda Göyçay, Ucar, Kürdəmir, Ağsu rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Görüşdə əsasən tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, bakalavr, magistratura və rezidentura səviyyələrinə qəbul, həmçinin TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir. Komissiyanın səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M. Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Görüşdə 30-dək vətəndaş iştirak etmişdir.