AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə “British Council” Azərbaycan təşkilatı arasında Niyyət Məktubu imzalanıb

Line Spacing+- AFont Size+- Çap
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə “British Council” Azərbaycan təşkilatı arasında Niyyət Məktubu imzalanıb
23.09.2016

DSC_0085.JPG

23 sentyabr 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt arasında görüş keçirilmişdir.  Görüş zamanı tərəflər arasında ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi sahəsində bir neçə layihənin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilmişdir.

 Müzakirələrin sonunda magistratura səviyyəsinə qəbul imtahanında ingilis dili komponentinin təkmilləşdirilməsi, yeni kurikuluma əsaslanan buraxılış imtahanlarında bacarıqların qiymətləndirilməsində ingilis dili fənni üzrə qabaqcıl təcrübənin tətbiqi, TQDK  tərəfindən IELTS imtahanlarının keçirilməsinə dəstək və dövlət qulluğuna qəbul zamanı xarici dil biliklərinin yoxlanılmasının təkmilləşdirilməsi layihələrinin hazırlanması barədə razılıq əldə edilmişdir.

 Qeyd olunan layihələrin həyata keçirilməsi üçün tərəflər adından Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt Niyyət Məktubu imzalamışdır.