AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

2016-cı ildə keçirilən buraxılış və qəbul imtahanlarında “ASAN könüllüləri” nəzarətçi kimi iştirak ediblər

Line Spacing+- AFont Size+- Çap
18.11.2016

2016-cı ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarına “ASAN” xidmət könüllüləri cəlb edilmişdir.

İmtahanlarda iştirak etmək üçün Bakı şəhərinin 4 “ASAN” xidmət mərkəzindən və Sumqayıt, Gəncə, Sabirabad, Bərdə şəhər xidmət mərkəzlərindən ümumilikdə 300 könüllünün adlı siyahısı agentlik tərəfindən DİM-ə təqdim olunmuşdu. Könüllülərin zəruri məlumatları elektron bazaya daxil edildikdən sonra onlarla test imtahanlarının texnologiyası, imtahanların gedişinə dair prosedura qaydaları ilə bağlı seminar-məşğələlər keçirilmişdir. Bu hazırlıq mərhələsindən keçən könüllülərdən 192 nəfəri iyun ayında keçirilən ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi – buraxılış imtahanlarına, 236 nəfəri isə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına cəlb edilmişdir.

İmtahan rəhbərləri və nəzarətçilər tərəfindən qiymətləndirmədə müsbət rəy alan 200 könüllü haqqında məlumat nəzarətçilərin elektron qeydiyyatı sisteminə daxil edilmiş və onların DİM tərəfindən keçiriləcək imtahanlarda iştirakı nəzərdə tutulmuşdur.