AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair Lənkəran şəhərində seminar keçirilib

Line Spacing+- AFont Size+- Çap
21.11.2016
19 noyabr 2016-cı il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzi Lənkəran şəhərində H.Əliyev Mərkəzində 2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair seminar keçirib.

Müzakirədə Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarının orta məktəblərinin müvafiq fənn müəllimləri iştirak etmişlər.

Seminar komissiyanın YouTube kanalı vasitəsilə canlı yayımlanıb.

Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair məruzə ilə çıxış edərək bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib və sualları cavablandırıb. 


   

Daha sonra müzakirələr Azərbaycan dili və riyaziyyat fənləri üzrə davam etdirilib.

Afiqə Batıyeva Azərbaycan dili fənni üzrə buraxılış imtahanı proqramı haqqında məlumat verib, test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim edib.

Aydın Qasımov riyaziyyat fənni üzrə buraxılış imtahanı proqramı haqqında məlumat verib, Gənc istedadlar liseyinin müəllimi Aqşin Abdullayev isə test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim edib.