AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Line Spacing+- AFont Size+- Çap
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
16.12.2016

abit_xususi_buraxilis.jpg

Dövlət İmtahan Mərkəzi "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları", tam  orta təhsil (11 illik) səviyyəsi  üzrə buraxılış imtahanı proqramları, test tapşırığı nümunələri və onların düzgün cavablarını “Abituriyent” jurnalının növbəti xüsusi buraxılışında nəşr etmişdir.

Jurnaldakı materiallar şagirdlərə imtahana səmərəli hazırlaşmağa, müəllimlərə isə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ilə bağlı işlərini düzgün qurmağa yardımçı olacaqdır.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m;

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Jurnal aşağıdakı kitabxanalara göndərilmişdir:

Azərbaycan Respublikası Milli Kitabxanası - Ünvan: AZ1000, Bakı, Səbail, Xaqani, 57.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası - Ünvan: AZ1005, Bakı, Səbail, Nizami, 58.

Azərbaycan Respublikası Milli Məclisinin Kitabxanası - Ünvan: AZ1073, Bakı, Səbail, Parlament, 1.

AMEA-nın Mərkəzi Elmi Kitabxanası - Ünvan: AZ1141, Bakı, Yasamal, Hüseyn Cavid, 31.

Azərbaycan Respublikası Təhsil Nazirliyi - Respublika Elmi Pedaqoji Kitabxanası - Ünvan: AZ1072, Bakı, Nərimanov, Koroğlu Rəhimov, 874-cü məhəllə.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası - Ünvan: AZ1148, Akademik Zahid Xəlilov küçəsi, 23 (BDU, əsas bina).