AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Dövlət İmtahan Mərkəzi dekabrın 17-də TOEFL imtahanı keçirib

Line Spacing+- AFont Size+- Çap
19.12.2016

Dövlət İmtahan Mərkəzi dekabrın 17-də  TOEFL imtahanı keçirib. İmtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanda 8 nəfərin iştirakı nəzərdə tutulsa da, 7 nəfər iştirak edib. İmtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti TOEFL imtahanının 2017-ci il yanvar ayının 14-də keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və yanvar ayının 7-ə qədər davam edəcək. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat üçün link: http://tqdk.gov.az/exam/toefl/