Tvinninq layihəsi çərçivəsində Litva Respublikasına təlim səfəri təşkil olunmuşdur

Line Spacing+- AFont Size+- Çap
Tvinninq layihəsi çərçivəsində Litva Respublikasına təlim səfəri təşkil olunmuşdur
13.02.2017

2017-ci il 6-10 fevral tarixlərində Dövlət İmtahan Mərkəzinin 5 nəfərlik nümayəndə heyəti Litva Respublikasında təlim səfərində iştirak etmişlər . Səfərin əsas məqsədi dövlət qulluğu və  insan resurslarının idarə edilməsi, dövlət qulluğuna kadrların seçilməsi, əmək haqqı sistemi, dövlət qulluqçularının reyestr və informasiya sisteminin təkmilləşdirilməsi, dövlət qulluğu vəzifələrinin qruplaşdırılması kimi istiqamətlər üzrə Litva Respublikasının təcrübəsinin öyrənilməsi, bu sahələrdə həyata keçirilən islahatlarla tanış olmaq və uğurlu təcrübələrin Azərbaycanda tətbiqi imkanlarının müzakirəsindən ibarət olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti Litva Respublikasının Dövlət Katibliyində olmuş və Dövlət Katibinin müavini cənab Alminas Mačiulislə ikitərəfli görüş keçirmiş, ətraflı müzakirələr aparılmışdır. Daha sonra Litva Dövlət Qulluğu Departamenti, Avropa Sosial Fond Agentliyi və Dövlət qulluqçuları və bələdiyyə işləri üçün Təlim Mərkəzində  müəyyən görüşlər keçirilmişdir. Səfər çərçivəsində yuxarıda qeyd olunan istiqamətlər üzrə tədqimatlar edilmişdir.



Təlim səfəri Avropa İttifaqının institusional quruculuq aləti olan Tvinninq layihəsi çərçivəsində həyata keçirilmişdir. “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı layihəni Azərbaycan tərəfindən benifisiar təşkilat kimi Dövlət İmtahan Mərkəzi, Avropa İttifaqı tərəfindən isə Litva Respublikasının Dövlət Katibliyi, Litva Respublikasının Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi həyata keçirməkdədir.

Layihənin icrası müddətində növbəti təlim səfərlərinin təşkili nəzərdə tutulur.