İctimai Şuraya üzv olmaq istəyən təhsil ekspertləri, QHT, KİV nümayəndələrinin qeydiyyatı başa çatıb

Line Spacing+- AFont Size+- Çap
14.04.2017

Məlum olduğu kimi Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta (9 illik) təhsil bazasında yeni növ buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır. İctimai Şuraya üzv olmaq istəyən nümayəndələrin qeydiyyatı artıq başa çatmışdır. Şuraya üzv olmaq üçün 30-dan artıq QHT, təhsil eksperti, müəllim və KİV nümayəndələri qeydiyyatdan keçmişdir.

Aprelin  20-də Dövlət İmtahan Mərkəzində DİM Direktorlar Şurasının sədri ilə İctimai Şuraya üzv olmaq istəyən şəxslərlə görüş keçiriləcəkdir. Görüşdə iştirakçılara Şuranın yaradılmasının məqsədi, üzvlərin hüquq və vəzifələri haqqında məlumat veriləcəkdir. Sonda isə Şuraya üzv olmaq istəyən namizədlərin siyahısı təsdiq olunmaq üçün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına təqdim olunacaqdır. Şura üzvləri Direktorlar Şurası tərəfindən formalaşdırılacaqdır.