Dövlət İmtahan Mərkəzində mayın 6-da növbəti SAT imtahanı keçiriləcəkdir

Line Spacing+- AFont Size+- Çap
05.05.2017

Mayın 6-da Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcəkdir.

İmtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://www.tqdk.gov.az/exam/sat/