SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının birinci mərhələsi olan test imtahanının nəticələri elan olunub

Line Spacing+- AFont Size+- Çap
07.05.2017

Nəticələr DİM-in internet saytında yerləşdirilib və SOCAR-a təqdim olunub.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1695 namizəddən 325 nəfəri imtahana gəlməyib.

Ən yüksək nəticə, toplanılması mümkün olan 40 baldan, 37 bal olmuşdur.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.