X sinif dərslik komplekti layihələrinin qiymətləndirilməsi haqqında məlumat

Line Spacing+- AFont Size+- Çap
08.05.2017

 “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında bağlanmış Müqavilə əsasında  DİM yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış X  sinif dərslik komplekti layihələrinin qiymətləndirilməsini həyata keçirmişdir. Qiymətləndirilmə nəticəsində hazırlanmış  rəylər 25 yanvar 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müsabiqə şərtini ödəmiş  X sinif dərslik komplekti layihələri “ictimai müzakirə” üçün  http://www.trims.edu.az  saytına yerləşdirildikdən sonra Nazirliyin rəsmi müraciətinə əsasən yenidən həmin layihələrin elmi-metodiki monitorinqi aparılmışdır. Monitorinq zamanı müəyyən edilmişdir ki, qiymətləndirilmə nəticəsində hazırlanmış rəylərdə göstərilmiş qeyd, irad və təkliflərin xeyli hissəsi nəzərə alınmış, lakin bəzi iradlar olduğu kimi qalmış, əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilmişdir. Dərslik komplektlərinin yuxarıda qeyd olunan saytda yerləşdirilmiş layihələrinin monitorinqi nəticəsində hazırlanmış yekun rəylər 08 may 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilmişdir.