"Elektron hökumət" portalında təqdim olunan elektron xidmətlərə müraciət barədə növbəti statistika açıqlanıb

Line Spacing+- AFont Size+- Çap
21.07.2017

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi 2017-ci ilin ikinci rübü ərzində "Elektron hökumət" portalında təqdim olunan elektron xidmətlərə müraciət barədə növbəti statistikanı açıqlayıb. 

Statistikaya əsasən 2017-ci ilin ikinci rübü ərzində portalın təqdim etdiyi xidmətlərə müraciət sayı 6 milyon 674 min 558 olub.

Dövlət İmtahan Mərkəzi xidmətlərə müraciət sayına görə 3-cü yerdə qərarlaşıb. Rüb ərzində DİM-in təqdim etdiyi 15 xidmət üzrə 1 milyon 653 min 435 müraciət sayı qeydə alınıb.

“Elektron hökumət” portalı vasitəsi ilə 20 ən çox müraciət olunan elektron xidmətlərin siyahısında DİM-in 5 müxtəlif elektron xidməti yer alıb. “Namizədlərə, sınaq imtahanı iştirakçılarına, imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” xidməti üzrə 637180 (3-cü yer), “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” üzrə 401394 (5-ci yer), “Namizədlərin (abituriyentlərin, bakalavrların, rezidenturaya sənəd verənlərin) ərizələrinin onlayn qəbulu” üzrə 396975 (6-cı yer), “Sınaq imtahanına yazılış” üzrə 86245 (16-cı yer), “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” üzrə 75337 (19-cu yer) müraciət sayı qeydə alınıb.