DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 4-də Zaqatala rayonunda vətəndaşları qəbul etmişdir

Line Spacing+- AFont Size+- Çap
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 4-də Zaqatala rayonunda vətəndaşları qəbul etmişdir
04.08.2017

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 4‑də dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Zaqatala rayonunda vətəndaşları qəbul etmişdir. Qəbulda Zaqatala rayonunun sakinləri ilə yanaşı Balakən, Qax, Şəki rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak etmişlər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Zaqatala rayonunun Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış  abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür.

DSC_9604.JPG

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün aparılan elektron ixtisas seçimi, ixtisas seçimi zaman diqqət yetirilməli olan məsələlər, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları, dövlət qulluğuna qəbul və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır. 

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M. Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.