DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 18-də Ağdaş rayonunda vətəndaşları qəbul etmişdir

Line Spacing+- AFont Size+- Çap
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 18-də Ağdaş rayonunda vətəndaşları qəbul etmişdir
18.08.2017

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 18‑də dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ağdaş rayonunda vətəndaşları qəbul etmişdir. Qəbulda Ağdaş rayonunun sakinləri ilə yanaşı Mingəçevir, Naftalan, Yevlax və Goranboy  rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak etmişlər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayonun Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış  abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür.

DSC_9274.JPG

Görüşdə əsasən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün aparılan elektron ixtisas seçimi, ixtisas seçimi zaman diqqət yetirilməli olan məsələlər, dövlət qulluğuna qəbul və s. işlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır. 

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M. Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.