“Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” adlanan Tvinninq layihəsinin Rəhbər Komitəsinin növbəti iclası keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
“Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” adlanan Tvinninq layihəsinin Rəhbər Komitəsinin növbəti iclası keçirilmişdir
08.09.2017

8 sentyabr 2017-ci il tarixində Dövlət İmtahan Mərkəzində Aİ tərəfindən maliyyələşdirilən və Azərbaycan və Litva arasında keçirilən “Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” adlanan Tvinninq layihəsinin AZ/15/ENP/OT/40 Rəhbər Komitəsinin 3-cü iclası keçirilmişdir. İclasda Aİ-nın Bakı ofisinin nümayəndəsi, PAO (İqtisadiyyat Nazirliyi nəzdində) nümayəndəsi, Litva və Azərbaycan tərəfindən layihə rəhbərləri, litvalı ekspertlər, Rezident Tvinninq müşaviri və layihənin işçiləri iştirak etmişlər. 

İclasda 2017-ci ilin III rübündə həyata keçirilən fəaliyyətlər, eləcə də növbəti rüb üçün planlaşdırılan fəaliyyətlər müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, layihənin ən önəmli mərhələlərindən biri artıq yekunlaşmaq üzrədir, belə ki dövlət qulluğu vəzifələrinin təsnifatı üzrə pilot layihənin nəticələri gələn həftə müxtəlif dövlət qurumlarının iştirakı ilə keçiriləcək görüşdə paylaşılacaqdır. 

İclasda o da vurğulanıb ki, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) iştirakı ilə keçirilən pilot layihə uğurla tamamlanmış və arzuolunan nəticələr vermişdir. Eləcə də pilot institutlardan “insan resurları” üzrə mütəxəssislərin aktiv iştirakının pilot layihənin uğurla həyata keçirilməsində önəmi vurğulanmışdır.