Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları yaradılır

Line Spacing+- AFont Size+- Çap
15.09.2017

Dövlət İmtahan Mərkəzi 18 oktyabr 2017-ci il tarixindən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair Bakıda, eləcə də Mərkəzin Naxçıvan, Gəncə, Şəki,  Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan Regional Bölmələrində hazırlıq kursları təşkil edir. Hazırlıq  kurslarında fənn kurikulumlarına  dair məlumatı  olan müəllimlər, metodistlər və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fakültələrinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan  magistrlar də iştirak edə bilərlər. Regional Bölmələr üzrə hazırlıq  kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.

Hazırlıq  kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında  “Şəxsi  kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.“Şəxsi  kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.

Hər fənn üzrə hazırlıq kursunun müddəti 2 (iki) aydır. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir və onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilər.

Qeyd: 

- Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fakültələrinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan  magistrlar üçün hazırlıq kursları ödənişsizdir.

- Elektron qeydiyyatla bağlı hər hansı sual yaranarsa, Mərkəzin Abdulvahab Salamzadə 28, ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərsiniz (telefon nömrəsi:431-63-86/87/91( daxili nömrə: 1-32)) . Regional Bölmələrin ünvanları və əlaqə vasitələri ilə aşağıda tanış ola bilərsiniz.*

Hazırlıq  kurslarının   qrafiki

 (2017/2018-ci tədris ili üçün)

Yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair Dövlət İmtahan Mərkəzində  18 oktyabr  2017-ci il tarixdən   fənlər üzrə hazırlıq kursları fəaliyyətə  başlayır.

N

Fənnin adı

Həftənin günü

Başlanma vaxtı

1

Azərbaycan dili

I

15.00

2

Kimya

II

09.00

3

Fizika

III

09.00

4

Rus dili

III

11.00

5

Biologiya

IV

09.00

6

Coğrafiya

V

09.00

7

Riyaziyyat

V

11.00


Hazırlıq kurslarının keçirildiyi ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı

*DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10); 

Tel: (036 5) 44 04 02  

DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);  
Tel: (022 25) 6 50 67  

DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);  
Tel: (025 25) 5 24 82  

DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., Məmmədəmin Rəsulzadə küçəsi, 7b);  
Tel: (023 32) 5 01 21     

DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);  
Tel: (024 24) 4 66 14  

DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., Rəsulzadə küçəsi, 19);  
Tel: (021 21) 5 15 23  

DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);  
Tel: (020 27) 4 66 74  

DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H.Əliyev prospekti, 100).  
Tel: (020) 205-01-86