Dövlət İmtahan Mərkəzinin Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin müdiri Şelaqinov Oleq Yuvgenyeviç 1news.az saytına müsahibə vermişdir

Line Spacing+- AFont Size+- Çap
29.09.2017
Dövlət İmtahan Mərkəzinin Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin müdiri Şelaqinov Oleq yeni bu il keçirilən növ buraxılış imtahanları, yazı işlərinin qiymətləndirilməsi, yoxlama prosesi, markerlərin hazırlanması və s. məsələlər haqqında 1news.az saytına geniş müsahibə vermişdir. Müsahibəni Azərbaycan və rus dillərində təqdim edirik. 

- Bu il 9-cu siniflərdə buraxılış imtahanı yeni qaydalarla keçirildi. Bu dəyişikliklər nəyə görə və hansı zərurətdən edildi?

- Bildiyimiz kimi, respublikanın təhsil sistemində köklü dəyişikliklərə 15 iyun 1999-cu il tarixində Heydər Əliyevin sərəncamı ilə təsdiq edilmiş, mahiyyətində "yaddaş məktəbi"ndən "təfəkkür məktəbi"nə keçidi saxlayan "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" ilə təkan verildi. Bu islahat proqramı çərçivəsində yeni təhsil proqramları (kurikulumlar) işlənildi və 2006-cı ildə bu istiqamətdə ilk əsas sənəd (Milli Kurikulum), 2010-cu ildə isə həmin sənədin daha təkmil forması Nazirlər Kabineti tərəfindən hüquqi sənəd kimi təsdiq edildi.

Bu sənədlərdə tədris prosesində şagirdlərə bilik aşılanmaqla yanaşı, onlarda müəyyən bacarıqların və vərdişlərin formalaşdırılması da nəzərdə tutulub. Həmçinin, təhsil sistemində aparılan islahatların əsas tərkib hissəsi kimi 2008-ci ildən başlayaraq respublikanın bütün ümumi təhsil müəssisələrinin I siniflərində yeni təhsil proqramları (kurikulumlar) tətbiq edilməyə başlandı. Yeni sistemdə təhsil alan ilk şagirdlər bu il – 2017-ci ildə respublikada icbari təhsil səviyyəsini (IX sinfi) başa vurdular. Təbii ki, həmin şagirdlərin təhsil aldıqları kurikulum sisteminin müvafiq hüquqi sənədlərinin tələbinə uyğun olaraq buraxılış imtahanında onların bilikləri ilə yanaşı bacarıqlarının da ölçülməsi zəruri idi və bu proses qiymətləndirmənin təşkilində yeni yanaşmaların tətbiqini tələb edirdi.

- Yeni imtahan modelinin hazırlanması üçün öncədən hansısa işlər həyata keçirilibmi? Məhz bu formada imtahanların əsasını nə təşkil edir? Məktəblilər, şagirdlər yeniliklərdən nə dərəcədə məlumatlı idilər?

- Əlbəttə, bu məqsədlə TQDK ölkə prezidentinin müvafiq Sərəncamına əsasən (2012-ci ildə TQDK-nın əsasnaməsində dəyişiklik edilməklə monitorinq imtahanlarının keçirilməsi onun vəzifələrinə daxil edilmişdi - red) hələ 2013-cü ildən başlayaraq (yeni təhsil sistemində təhsil alan ilk şagirdlər o zaman V sinifdə oxuyurdular - red) respublikanın ümumtəhsil müəssisələrində monitorinq imtahanları keçirməyə başlayıb. Belə ki, reprezentativ seçmə ilə respublikanın müxtəlif məktəblərində 2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflərdə ana dili və riyaziyyat fənləri üzrə (icbari təhsil səviyyəsini başa vuran şagirdlər üçün buraxılış imtahanı da bu fənlər üzrə keçirilir) monitorinq imtahanları keçirildi.

Bu imtahanlarda respublika şagirdlərinin dil bacarıqları və riyazi bacarıqlar üzrə səviyyələrini öyrənmək, həmin bacarıqları daha dəqiq və etibarlı ölçə biləcək qiymətləndirmə mexanizmini işləyib hazırlamaq məqsədilə onlara yazı işi (eləcə də esse) tapşırıqları təqdim edilmişdi. Yeni imtahan modelinin hazırlanmasında məhz monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili başlıca rol oynayır. Kurikulum üzrə tələb olunan standartların necə yoxlanıla biləcəyi, bacarığın ölçülməsi üçün hansı alətlərdən istifadə olunacağı, tapşırıqların sayı və çətinlik dərəcələrinin müəyyən edilməsində monitorinq imtahanlarının nəticələrinin əsaslı təhlili dayanır. Yeri gəlmişkən, bu imtahanların nəticələrinə dair hazırlanmış elmi material 2015-ci ildə həm kitab şəklində nəşr olunub, həm də Mərkəzin saytında elektron formada yerləşdirilib. Bu məsələ ilə əlaqədar şəxslər, müəllimlər, ekspertlər materialı pulsuz yükləyib istifadə edə bilərlər.

2016-cı ildə IX sinif səviyyəsi üzrə buraxılış imtahanının yeni qaydaları təsdiq edildikdən sonra şagirdlər üçün onlayn sınaq imtahanları təşkil edilmişdir. Həmçinin, ötən ilin oktyabr ayından başlayaraq respublikanın müxtəlif şəhərlərində (Bakı, Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Ağcabədi, Şirvan və Xaçmaz) pedaqoji ictimaiyyət üçün Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin mütəxəssislərinin, fənlər üzrə ekspertlərin iştirakı ilə zona müşavirələri keçirildi. Bu müşavirələrdə həm yeni imtahan qaydaları haqqında ətraflı məlumat verilirdi, həm də fənn mütəxəssisləri yerli müəllimlərlə yeni imtahanının məzmununu, yeni tapşırıq modellərini müzakirə edirdi. Zona müşavirələrində toplantının keçirildiyi şəhərin müəllimləri ilə yanaşı ətraf rayonların müəllimləri də iştirak edirdilər. Beləliklə, bu müşavirələr demək olar ki, bütün respublikanı əhatə edirdi. Digər tərəfdən yeni imtahan qaydaları, imtahan proqramları, imtahanda yoxlanacaq alt standartlar (bacarıqlar), yeni tapşırıq modelləri, qiymətləndirmə meyarları, cavab vərəqələrinin nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edilmiş və Mərkəzin saytında yerləşdirilmişdi. Əlavə edim ki, bu il IX sinfi bitirən şagirdlərin əksər hissəsi yuxarıda qeyd etdiyim monitorinq imtahanlarında müxtəlif illərdə iştirak etmiş və yeni tapşırıq modelləri ilə praktik imtahan prosesində də tanış olmuşlar. Cədvəldə indiyədək monitorinq imtahanlarında iştirak etmiş builki IX sinif şagirdlərinin sayı haqqında məlumatlar verilib. 

 

Azərbaycan dili

Riyaziyyat

Rus dili

Cəmi

2013, V sinif

10867

11345

840

23052

2014, VI sinif

9830

9829

1236

20895

2015, VII sinif

9341

9300

1653

20294

2016, VIII sinif

9537

9760

1921

21218

Cəmi

39575

40234

5650

85459

- Daha ətraflı deyə bilərsinizmi ki, buraxılış imtahanında məhz nə dəyişib, məktəblilər hansı mərhələləri keçməlidirlər?

- İmtahanın məzmunu baxımından əsas dəyişiklik artıq şagirdlərinin bilikləri ilə yanaşı bacarıqlarının da yoxlanılmasıdır. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, yeni təhsil proqramlarının (kurikulumun) tələblərinə uyğun olaraq builki IX siniflərin buraxılış imtahanında şagirdlərin mətn üzərində iş, mətnin əsas ideyasını və mətndə baş verən hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənetmə, mətnin kontekstinə uyğun olaraq sözlərin mənasını izah etmə, həndəsi qurma, tənlik qurma ilə müxtəlif həyati situasiyaların riyazi modelini tərtib etmə kimi bacarıqları yoxlanılmışdır. Sadalanan bu bacarıqların ölçülməsi üçün imtahanın yeni modelində şagirdlər 2 mərhələdə ana dili və riyaziyyat fənlərindən imtahan vermişlər.

Birinci mərhələ imtahanları mart-aprel aylarında, ikinci mərhələ imtahanları iyun ayında keçirilmişdir. Birinci mərhələdə şagirdlərin bacarıqlarını ölçmək üçün qısa və ya ətraflı cavab tələb edən yazı işi tapşırıqlarından və qapalı tipli (verilmiş variantlar arasından doğru cavabın seçilməsi) tapşırıqlardan, ikinci mərhələdə yalnız qapalı test tapşırıqlarından istifadə edilmişdir. Şagirdlərə birinci mərhələdə ana dili fənnindən 2 mətn əsasında 10 açıq (bu tapşırıqlara yazılı cavab vermək tələb olunur), 10 qapalı, riyaziyyat fənnindən 10 açıq (bu tapşırıqlara ətraflı yazılı cavab vermək tələb olunur) tapşırıq, ikinci mərhələdə hər fənn üzrə 30 qapalı tapşırıq təqdim edilmişdir. Bu tapşırıqların yerinə yetirilməsi üçün birinci mərhələdə 2 saat, ikinci mərhələdə 1 saat 30 dəqiqə vaxt verilir. Qeyd edim ki, fərqlənmə attestatı almaq istəyən şagirdlər birinci mərhələdə təqdim olunan 3 mövzudan birini seçməklə əlavə 30 dəqiqə ərzində esse (inşa) yazmalı idilər.

- Əksər hallarda yenilik şagirdlər tərəfindən çətin qəbul edilir, ona görə bilmək istərdik ki, bu il 9-cu sinfi bitirənlər imtahanı necə verə bildilər? Çətinliklər və ya şikayətlər oldumu? Yeni qaydalarla keçirilən imtahanı verə bilməyən şagirdlərin sayı haqqında statistika varmı?

- Bacarıq biliyə nisbətən daha yüksək kompetensiya olduğu üçün şagirdlərin yazı işi tapşırıqları üzrə nəticələrinin qapalı test tapşırıqları üzrə göstərdikləri nəticələrdən zəif olması təbiidir. Çünki şagird bacarıqlarını göstərməli olduqda öz biliklərini səfərbər etməli, onları lazım olduqda düzgün tətbiq etməli və bu zaman lazım olan biliyi də özü seçməli, hadisələrin modelini qurmalı, tapşırıqlara həm kompleks, həm də detallı yanaşmağı bacarmalıdır.

İstənilən imtahan prosesinin əhəmiyyətli bir mərhələsidə nəticələrin elanından sonra apelyasiya prosesinin keçirilməsidir. Bütün imtahanlardan sonra olduğu kimi, yazı işi imtahanının nəticələrinin elanından sonra da Dövlət İmtahan Mərkəzində imtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası təşkil edildi. Məlum olduğu kimi, IX siniflər üzrə buraxılış imtahanının birinci mərhələsinin nəticələri elan edilərkən hər bir şagirdin nəticələrinə dair elektron arayışda onun yekun balı ilə yanaşı hər bir tapşırıq üzrə aldığı qiymətlər, fənlər üzrə yazı işlərinin elektron təsvirləri və yazı işlərinin tapşırıqlar üzrə qiymətləndirmə meyarları yerləşdirilmişdi. Bu isə aparılan yoxlama prosesinin ədalətli, şəffaf olmasını göstərməklə yanaşı, həm də şagirdlərə öz yazı işlərini qiymətləndirmə meyarları ilə müqayisə edib verilən qiymətin nə qədər doğru olub-olmadığını müəyyənləşdirməyə imkan verir.

Qeyd edim ki, buraxılış imtahanlarının birinci mərhələsinin nəticələri ilə bağlı təşkil edilmiş Apelyasiya Komissiyasına 234 şagird (bütün imtahan verənlərin 0,20%-i) 1419 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət etmişdir. Onlardan 91 şagirdin (bütün imtahan verənlərin 0,08%-i) cəmi 124 tapşırıq (bütün tapşırıqların 0,005%-i) üzrə qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilmişdir.

Hazırkı dövrdə buraxılış imtahanının yekun nəticəsində attestat verilməsi ilə bağlı məhdudiyyətlər qoyulmayıb. Buraxılış imtahanında iştirak edən hər bir şagirdin bu imtahanda fənlər üzrə topladığı ballar onun attestatında ayrıca yazılır. Buraxılış imtahanında ancaq fərqlənmə attestatı almaq üçün tələblər var idi və fərqlənmə attestatı almaq istəyən şagird imtahanda hər fənn üzrə iki mərhələnin cəmi nəticəsinə görə ən azı 75 bal, esse üzrə ən azı 7 bal toplamalı idi. Qeyd edim ki, buraxılış imtahanının birinci mərhələsində ana dili fənni üzrə 2 şagird, riyaziyyat fənni üzrə 18 şagird maksimal bal (30 bal) toplamışdır. Amma fənlər üzrə bütövlükdə nəticələri müqayisə etdikdə şagirdlərin ana dili üzrə nəticələrinin riyaziyyat üzrə nəticələrindən yaxşı olduğu görünür. Hal-hazırda bütün imtahan nəticələrinin geniş elmi-statistik təhlili üzərində iş gedir və bu təhlillər hər il olduğu kimi, bu il də “Abituriyent” jurnalının 12-ci nömrəsində təqdim ediləcəkdir.

- Yazı işlərinin qiymətləndirilməsində subyektivlik necə aradan qaldırıldı? Yoxlama prosesi necə keçirilir, kimlər və necə yoxlayır, markerlər necə hazırlanır?

- Yazı işlərinin yoxlanılması prosesi Dövlət İmtahan Mərkəzində bu məqsədlə hazırlanmış, müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında aparılır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzində idarənin mütəxəssisləri tərəfindən hazırlanıb. Yoxlama prosesinə respublikanın paytaxtından və regionlarından ümumtəhsil müəssisələrinin müəllimləri, ali təhsil müəssisələrinin uyğun ixtisaslar üzrə mütəxəssisləri və magistrləri cəlb edilir. Onlar əvvəlcə qiymətləndirmə meyarları ilə tanış olur və treninqlərdə (kalibrləmə prosesində) iştirak edirlər, yalnız treninq mərhələsini uğurla başa vuranlar marker qismində müqavilə əsasında yazı işlərinin yoxlanılması prosesinə cəlb olunurlar. Markerlərin seçilməsi və hazırlanması prosesində diqqət yetirilən əsas məqamlardan biri onların subyektiv yanaşmalarının aradan qaldırılması və ya minimuma endirilməsi olmuşdur.

Bu subyektiv yanaşmaların bir növü yazı işini yoxlayan markerin yazı işinin müəllifini tanıyaraq ona bilərəkdən qeyri-obyektiv yanaşmasıdır ki, belə halların qarşısı proqram təminatı vasitəsilə tam alınır.Belə ki, hər bir yazı işi 2 marker tərəfindən qiymətləndirilməklə (2 markerin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən üçüncü markerə göndərilir) yanaşı, yoxlama zamanı markerin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) olmur, monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyar və qiyməti daxil etmək üçün müvafiq sahə verilir.

Qeyd edim ki, yazı işləri yoxlama prosesindən əvvəl skan olunduğu (elektron təsvirləri alındığı) zaman elektron şifrələnir və yalnız nəticələr elan olunduqda bu şifrələr şagirdlərin real iş nömrələri ilə uyğunlaşdırılır. Digər bir növ subyektiv yanaşma isə yazı işini yoxlayan şəxslərin öz fərdi pedaqoji keyfiyyətlərindən, dünyagörüşlərindən, proseslərə yanaşma tərzlərindən, hətta əhval-ruhiyyələrindən asılı olaraq qarşıya çıxan hallardır. Bu növ subyektiv yanaşmaları tam aradan qaldırmaq çətin olsa da, yoxlama mexanizminin imkanları daxilində minimuma endirmək mümkündür. Bu mexanizmdə hər bir tapşırıq üçün həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla ayrıca qiymətləndirmə meyarının hazırlanması, yazı işini yoxlayacaq şəxslərin yoxlama prosesinə başlamazdan əvvəl praktik treninqlərdən keçərək yoxlama prosesinə adaptasiya olması və hər tapşırıq üzrə bütün yazı işlərinin ardıcıl olaraq yoxlanılması markerlərin fərdi keyfiyyətlərindən irəli gələn subyektiv yanaşmaları kifayət qədər minimuma endirir.

- Səhv etmirəmsə, bu il nəticələrin açıqlanması təqribən iki ay çəkdi. Yazı işlərini yoxlayan markerlərin sayı sizi qane edirmi? Qiymətləndirmənin daha da tez bir zamanda aparılması üçün hansısa planlarınız varmı?

- Açıq tipli tapşırıqların yoxlanılması bizdən müəyyən qədər vaxt tələb edir və bu təbii haldır. Nəzərə alınmalıdır ki, hər bir tapşırıq ən azı iki müxtəlif marker tərəfindən yoxlanılır, həmçinin, kalibrovka (treninq) materiallarının hazırlanması məqsədilə ilkin yoxlama keçirilir, etalon qiymətlər çıxarılır, qiymətləndirmə meyarları üzərində təkmilləşdirmə işləri aparılır və bütün bu proseslər hər bir tapşırıq üçün həyata keçirilir ki, bu proseslərin hər biri markerlərin ümumi sayından asılı olmayaraq standart vaxt tələb edən işlərdir. Amma, təbii ki, bundan sonrakı mərhələlərdə markerlərin sayının çox olması qiymətləndirmə prosesinin daha tez başa çatmasına imkan verər. Mərkəzdə markerlərin fənlər üzrə məlumat bazası formalaşdırılıb və bu baza artıq müntəzəm olaraq təkmilləşdirilir və zənginləşdirilir.

İndiyədək treninqlərə cəlb edilən 1717 nəfər Azərbaycan dili fənni mütəxəssisindən 679-u, 1417 riyaziyyat fənni mütəxəssisindən 530-u, 98 rus dili fənni mütəxəssisindən 28-i treninq (kalibrləmə) mərhələsini uğurla keçmiş və onlar haqqında məlumatlar markerlərin məlumat bazasına daxil edilmişdir. Bununla yanaşı Dövlət İmtahan Mərkəzi yeni fənn müətəxəssisləri ilə marker qismində əməkdaşlıq işini davam etdirir. Belə ki, DİM oktyabr ayından etibarən hazırlıq kursları təşkil edəcək. Artıq bununla bağlı müvafiq elan da verilib. Bu kurslarda buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan tapşırıqların və qiymətləndirmə meyarlarının hazırlanması və yazı işlərinin meyarlar üzrə yoxlanılması işini həyata keçirəcək ekspertlərin və markerlərin hazırlanması nəzərdə tutulur. Hazırlıq kursları Bakı şəhəri ilə yanaşı, Mərkəzin regional bölmələrinin yerləşdiyi şəhərlərdə də təşkil olunacaq. Bu  kurslarda fənn kurikulumlarına  dair məlumatı  olan müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq ixtisaslarının axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan  magistrlar də iştirak edə bilərlər. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların məlumatları Mərkəzin məlumat bazasına daxil ediləcək və onların müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb olunması nəzərdə tutulur. Qeyd edim ki, bu kurslarda digər fənlər (məsələn, coğrafiya, fizika, kimya, biologiya və s.) üzrə də yeni növ qiymətləndirmə alətlərinin hazırlanması və istifadə edilməsi metodikasına geniş yer veriləcək və bu hər bir müəllim üçün gündəlik işində faydalı ola bilər.

- Markerlərin əməyinin qiymətləndirilməsi necə həyata keçirilir? Onlara kim tərəfindən əmək haqqı ödənilir?

- Bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir. Artıq Mərkəzin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına deyil, öz imkanları daxilində təmin olunur. İmtahanların keçirilməsindən əldə olunmuş vəsait ona hazırlıq, imtahanların təşkili, materialların emalı və digər işlərə sərf olunur. Təbii ki, yazı işlərini yoxlayan markerlərə də əmək haqqı ödənilir. Bunun üçün Dövlət İmtahan Mərkəzi ilə yazı işlərinin yoxlanımasına cəlb olunmuş hər bir marker-müəllim arasında müqavilə imzalanır və onlar gördükləri işin müqabilində əmək haqqı alırlar. Qeyd edim ki, bu il yazı işlərinin yoxlanılmasında iştirak etmiş 500-ə yaxın mütəxəssisə ümumilikdə təqribən 400 min manata yaxın əmək haqqı ödənilib. Bu orta hesabla hər bir marker üçün 700 manatdan yuxarı əmək haqqı deməkdir. Düzdür, elə müəllimlər var ki, bu məbləğdən daha yuxarı, elələri də var ki, daha aşağı əmək haqqı alıblar. Bu, hər bir markerin çevikliyindən, gördüyü işin keyfiyyətindən və sərf etdiyi ümumi vaxtdan asılı olub.

- Şagirdlər imtahana qədər öz biliklərini necə yoxlaya bilərlər? imtahan.az resursu haqqında nə deyə bilərsiniz?

- Qeyd etdiyimiz kimi, qaydalar təsdiq olunduqdan sonra ötən ilin sonlarında çap edilən “Abituriyent” jurnalının xüsusi buraxılışında model tapşırıqlar, qiymətləndirmə meyarları, cavab vərəqi nümunələri verilmişdi. Cavab vərəqi nümunələri elə jurnalda çap edilən tapşırıq modellərinə uyğun olaraq praktik hazırlanmışdı və hər bir şagird modeldə verilən tapşırıqları cavab vərəqində təlimata uyğun yerinə yetirə bilər, müəllimləri isəonun yazı işini qiymətləndirmə meyarına uyğun olaraq yoxlayıb qiymətləndirə bilərdi. Həmçinin imtahan.az saytında buraxılış imtahanına hazırlaşan şagirdlər üçün yazı işi tapşırıqları üzrə onlayn sınaq imtahanları təşkil edilmişdi. Bu sınaq imtahanları ötən ilin dekabr ayından başlayaraq buraxılış imtahanının birinci mərhələsi bitənədək davam etdi. Qarşıdakı ildə də bu istiqamətdə sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur.

Həmçinin yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanlarına hazırlaşanlar üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə test tapşırığı nümunələri "Abituriyent" jurnalının xüsusi buraxılışları olan V-IX siniflər üzrə test kitablarında da nəşr edilib.

- Demək olarmı ki, bu yenilik Azərbaycan brendidir, yoxsa başqa ölkələrin təcrübəsindən istifadə edilib? Bu yeni Azərbaycan modelinin təqdimatı olacaqmı?

- Təbii ki, bu qiymətləndirmə sistemi işlənib hazırlanarkən beynəlxalq təcrübə, müxtəlif ölkələrin bu sahədə əldə etdiyi nəticələr araşdırılmış və öyrənilmişdir. Əldə edilən bu məlumatlar sistemin hazırlanmasında çox faydalı olmuşdur. Amma mütləq qeyd etmək lazımdır ki, bu sistemin digər ölkələrdə yazı işlərinin qiymətləndirilməsi sahəsində olan müvafiq sistemlərdən fərqli cəhətləri çoxdur. Bu sistem effektivliyinə, sürətliliyinə və müxtəlif spektrli təhlükəsizlik tədbirlərinə görə fərqlənir. Sistemdə yazı işlərinin skan edilməsindən və kodlaşdırılmasından, tapşırıqlar üzrə kəsilməsindən başlayaraq, kalibrləmə (treninq) mərhələsinin materiallarının hazırlanması və keçirilməsi, yazı işlərinin yoxlanılması və nəticələrin elan edilməsinədək bütün texnoloji dövrü əhatə edən xüsusi proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Həmçinin, mexanizmin metodikasının hazırlanması Mərkəzdə monitorinq imtahanlarının materialları üzərində təhlil aparılmaqla işlənib hazırlanmışdır.

Dövlət İmtahan Mərkəzində hazırlanan bu mexanizmlə bağlı məruzə Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) oktyabr ayında Gürcüstanın Batumi şəhərində keçiriləcək 43-cü illik konfransında təqdimat üçün qəbul edilib və Mərkəzin bir neçə əməkdaşı bu konfransda çıxış edəcəkdir. Həmçinin, Avropa İttifaqının (Aİ) institusional quruculuq alətlərindən biri olan Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) çərçivəsində Avropa İttifaqının təqdim etdiyi mütəxəssislərlə Mərkəzdə yeni qiymətləndirmə mexanizmi və onun buraxılış imtahanında tətbiqinin nəticələri müzakirə ediləcəkdir.

- 11-ci siniflərin buraxılış imtahanında hansı dəyişikliklər gözlənilir?

- Qarşıdakı 2018-ci ildə XI sinif səviyyəsi üzrə buraxılış imtahanında hər hansı dəyişiklik gözlənilmir. Amma 2019-cu ildə XI sinif səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında bu il IX sinif səviyyəsi üzrə keçirilən buraxılış imtahanındakı dəyişikliklərin məntiqi davamı olaraq yeniliklər olacaq. Hazırda bu istiqamətdə aparılan müzakirələr başa çatmaq üzrədir və yeniliklərlə bağlı yaxın günlərdə ictimaiyyətə rəsmi məlumatlar veriləcək.

_________________________________________________

- Выпускные экзамены в 9-м классе в этом году были проведены по новым правилам. Почему были введены изменения, что было взято за основу?

- Как известно, коренным изменениям в системе образования республики дала толчок «Программа реформ в сфере образования Азербайджанской Республики», утвержденная 15 июня 1999 года распоряжением Президента Гейдара Алиева, по своей сути являющаяся программой перехода от «школы памяти» к «школе мышления». В рамках этой программы реформ были разработаны новые образовательные программы (курикулумы), и в 2006 году был утвержден Кабинетом Министров как юридический документ первый основной документ в этом направлении - Национальный Курикулум, а в 2010 году его усовершенствованная версия. В этих документах, помимо прививания знаний ученикам в процессе обучения, предусматривается формирование у них определенных способностей и навыков. И как важный результат проводимых реформ в образовательной системе, новые образовательные программы (курикулумы) начали применяться в I классах всех общеобразовательных учреждений республики начиная с 2008 года. Обучающиеся по новой системе первые ученики в этом, 2017-м, году завершили обязательный образовательный уровень (IX класс). Разумеется, в соответствии с требованиями юридических документов системы курикулум, по которой обучаются эти ученики, на выпускных экзаменах наряду с проверкой их знаний необходима была и проверка их способностей и навыков, и этот процесс требовал внедрения нового подхода в организации оценивания.

- Были ли предварительно выполнены какие-нибудь работы для подготовки новой модели экзамена? Что является основой именно такого вида экзаменов? Насколько школьники, ученики были проинформированы об инновациях?

- Разумеется, с этой целью ГКПС согласно соответствующему Указу Президента страны (проведение мониторинговых экзаменов было включено в обязанности ГКПС поправками к его положению в 2012 г. - ред.) начиная с 2013 года (первые ученики, обучающиеся по новой образовательной системе, учились тогда в V классе - ред.) начала проводить мониторинговые экзамены в общеобразовательных учреждениях республики. Таким образом, для репрезентативной выборки учащихся республики в различных школах в 2013 году в V, в 2014 году в V и VI, в 2015 году в VI и VII, в 2016 году в VII и VIII классах были проведены мониторинговые экзамены по родному языку и математике (выпускные экзамены для учеников, окончивших обязательный уровень образования, также проводятся по этим предметам). На этих экзаменах для определения уровня языковых и математических способностей учеников республики, в целях разработки более точного и надежного механизма оценивания навыков им были представлены задания, требующие письменного ответа (в том числе и эссе). В подготовке новой модели экзамена важную роль играет именно научно-статистический анализ результатов мониторинговых экзаменов. В основе того, как можно проверить каждый требуемый курикулумом стандарт, какие инструменты будут использоваться для измерения навыков и способностей, определения количества и уровня сложности заданий, стоит основательный анализ результатов мониторинговых экзаменов. Следует отметить, что научный материал о результатах этих экзаменов опубликован как в печатном виде, так и в электронной форме размещен на веб-сайте Центра в 2015 году. Лица, интересующиеся этими вопросами, в том числе учителя и эксперты могут бесплатно скачать и использовать этот материал.

В 2016 году, после утверждения новых правил выпускного экзамена на уровне IX класса, начиная с октября в разных городах республики (Баку, Нахчыван, Гянджа, Шеки, Ленкяран, Гейчай, Агджабеди, Ширван и Хачмаз) для педагогической общественности были проведены зональные конференции с участием специалистов Государственного экзаменационного центра и Министерства образования, а также экспертов по экзаменационным предметам. На этих встречах, во-первых, предоставлялась подробная информация о новых правилах экзамена, а, во-вторых, проводилось обсуждение экспертами-предметниками с местными учителями содержания нового экзамена и подготовленной для общественности модели теста. В зональных конференциях наряду с преподавателями города, где проходила встреча, участвовали и преподаватели из близлежащих районов. Таким образом, можно сказать, что эти встречи охватили практически всю республику. С другой стороны, новые экзаменационные правила, программы по экзаменационным предметам, проверяемые на экзамене подстандарты (навыки), новые модели заданий, критерии оценивания, образцы листов ответов были опубликованы в специальном выпуске журнала «Абитуриент» и размещены на веб-сайте Центра. Добавлю, что большинство окончивших IX класс в этом году учеников участвовало в вышеупомянутых мониторинговых экзаменах в разные годы и уже ознакомилось с новыми моделями заданий и во время практического экзаменационного процесса. В таблице представлена информация о количестве учеников IX класса этого года, ранее принимавших участие в мониторинговых экзаменах.

Азербайджанский язык

Математика

Русский язык

Всего

2013, V класс

10867

11345

840

23052

2014, VI класс

9830

9829

1236

20895

2015, VII класс

9341

9300

1653

20294

2016, VIII класс

9537

9760

1921

21218

Всего

39575

40234

5650

85459

- Можете ли Вы подробно рассказать, что именно изменилось на выпускных экзаменах, какие этапы должны были пройти школьники?

- Основное изменение в плане содержания экзамена – это проверка, наряду со знаниями, также и способностей учеников. Так, как уже упоминалось выше, в соответствии с требованиями новых учебных программ (курикулума) на выпускном экзамене девятиклассников этого года проверялись способности учеников, связанные с работой над текстом, определением основной идеи, причинно-следственных связей событий, изложенных в тексте, объяснением значений слов в соответствии с контекстом текста, геометрическим построением, решением различных жизненных ситуаций при помощи построения математической модели, составления уравнения. Для проверки перечисленных навыков в новой экзаменационной модели ученики сдавали экзамены по родному языку и математике в 2 этапа. В марте и апреле зонально были проведены экзамены первого этапа, а в июне – экзамены второго этапа. На первом этапе для проверки способностей учеников были использованы задания, требующие короткого или развернутого письменного ответа, а также задания закрытого типа (с выбором правильного ответа), на втором этапе – только закрытые тестовые задания. На первом этапе ученикам были представлены составленные по материалу двух предложенных текстов 10 открытых (требующих письменного ответа) и 10 закрытых тестовых заданий по родному языку, 10 открытых заданий (требующих развернутого письменного ответа) по математике. На втором этапе было представлено 30 закрытых заданий по каждому предмету. На выполнение этих заданий предоставлялось 2 часа на первом этапе, 1 час и 30 минут – на втором. Следует отметить, что ученики, которые хотели получить аттестат с отличием, должны были на первом этапе написать эссе (сочинение) в течение дополнительных 30 минут, выбрав одну из 3-х предложенных тем.

- В большинстве случаев нововведения трудно воспринимаются учащимися, поэтому хотели бы узнать, как в этом году выпускники 9-го класса смогли сдать экзамен? Были ли трудности или жалобы? Есть ли статистика, какое количество школьников не смогли сдать экзамен по новым правилам?

- Так как способность – более высокая компетенция, чем знание, естественно, что результаты учеников на задания, требующие письменного ответа, ниже результатов по закрытым тестовым заданиям. Потому что, когда ученик демонстрирует свои навыки, он должен мобилизовать свои знания, правильно определить, какие из них нужно применить в соответствующий момент, построить модель событий, уметь подойти к решению задания как комплексно, так и детально.

Важным этапом в любом экзаменационном процессе является проведение апелляции после объявления результатов. Как и после всех других экзаменов, после объявления результатов письменного экзамена в Государственном экзаменационном центре была организована Апелляционная комиссия по его результатам. Как известно, при объявлении результатов первого этапа выпускного экзамена по IX классам, в электронной справке по результатам каждого ученика, наряду с его итоговыми баллами, были размещены баллы, полученные за каждое задание, а также отсканированные изображения письменных работ по предметам и критерии оценивания по каждому заданию, требующему письменного ответа. Такое представление результатов ученикам показывает как справедливость и прозрачность процесса оценивания, так и позволяет им определить, насколько правильна полученная оценка, сравнивая свой письменный ответ с критериями оценивания. Отмечу, что в Апелляционную комиссию, организованную по результатам первого этапа выпускных экзаменов, подали заявку на пересмотр оценок по 1419 заданиям (0,06% всех заданий) 234 ученика (0,20% всех экзаменующихся). Из них у 91 ученика (0,08% всех экзаменующихся) в общей сложности по 124 заданиям (0,005% всех заданий) оценки были изменены, по остальным случаям ученикам были разъяснены ошибки, допущенные ими при выполнении письменных работ.

В настоящее время ограничения на итоговый результат выпускного экзамена для получения аттестата не устанавливались. Баллы, набранные каждым учеником, участвующим на экзамене, по предметам фиксировались в его аттестате в отдельных графах. Применялось только ограничение по баллам для получения аттестата с отличием, которое составляло 75 баллов по каждому предмету в сумме по результатам двух этапов, и минимум 7 баллов по эссе. Отмечу, что на первом этапе выпускного экзамена максимальный балл (30 баллов) набрали 2 ученика по родному языку, и 18 учеников - по математике. Но если сравнить средние результаты по предметам, видно, что результаты учеников по родному языку лучше, чем их результаты по математике. В данный момент идет работа по детальному научно-статистическому анализу всех экзаменов, и его результаты, как и в предыдущие годы, будут представлены в 12-м номере журнала «Абитуриент» за 2017 год.

- Как была устранена субъективность при проверке письменных работ? Как проходит процесс проверки, кто и как проверяет, как подготавливаются маркеры?

- Процесс проверки письменных работ проводится в специально подготовленных для этой цели и отвечающих требованиям безопасности залах экспертизы (проверки) Государственного экзаменационного центра, за компьютерами и в закрытых условиях. Программное обеспечение для проверки письменных работ подготовлено специалистами Государственного экзаменационного центра. К процессу проверки привлекаются преподаватели из общеобразовательных учреждений столицы и регионов республики, специалисты и магистры по соответствующим специальностям высших учебных заведений. Cначала они ознакамливаются с критериями оценивания и участвуют в тренингах (в процессе калибровки), и только те, кто успешно проходит этап тренинга, допускаются к процессу проверки письменных работ в качестве маркера на договорной основе. Одним из главных моментов, на который обращается большое внимание при выборе и подготовке маркеров, является устранение или сведение к минимуму субъективности их оценок. Одним из видов субъективности маркера при оценивании является его необъективное отношение к работе автора письменной работы, с которым он знаком лично или опосредованно, а такие случаи полностью устраняются с помощью внедренного программного обеспечения. Так, наряду с тем, что каждая письменная работа оценивается двумя маркерами (если оценки двух маркеров не совпадают, то эта письменная работа посредством программы посылается на проверку третьему маркеру), во время проверки на мониторе маркера отсутствует какая-либо информация об авторе письменной работы (имя, фамилия, отчество, код ученика, адрес и т.д.), а отображается только фрагмент письменной работы с ответом на одно задание, критерий для оценки этого задания и соответствующее поле для ввода оценки. Отмечу, что до начала процесса проверки, при сканировании (получении электронных изображений) письменных работ, производится программное перекодирование, т.е. каждой письменной работе назначается уникальный условный код, и в таком виде они передаются для проведения проверки, а сопоставление условных кодов реальным кодам учеников происходит только при объявлении результатов общественности.

Другим видом субъективности при оценивании является различие в оценках, обусловленное индивидуальными педагогическими качествами, собственным мировоззрением маркера, его отношением к процессу, и даже настроением в момент проверки работы. Хотя полностью устранить субъективность такого рода очень сложно, но ее можно снизить до минимума за счет организации и методологии проведения проверки. Для этого механизм оценивания предусматривает подготовку отдельного критерия оценивания для каждого задания с учетом его особенностей, адаптацию лиц, осуществляющих проверку письменных работ, к процессу проверки с помощью проведения практических тренингов перед началом этого процесса, последовательную проверку всех письменных работ в рамках одного задания до перехода к следующему, что позволяет снизить до минимума субъективность, вызванную индивидуальными качествами маркеров.

- Если я не ошибаюсь, в этом году обработка результатов заняла около двух месяцев. Довольны ли вы количеством маркеров, которые проверяют письменные задания? Есть ли у вас какие-либо планы по ускорению этого процесса?

- Проверка открытых задач требует от нас некоторое время, и это естественно. Следует учитывать, что каждая задача проверяется, по меньшей мере, двумя разными маркерами. Также осуществляется предварительная экспертиза для подготовки материалов калибровки (тренингов) маркеров (т.е. наборов работ с эталонными оценками по ним), ведутся работы по уточнению критериев оценивания на основании подвыборки письменных работ, а каждый из этих процессов, проводимый для каждого задания в отдельности, требует определенное количество времени, не зависящее от общего числа маркеров. Однако, на последующих этапах, естественно, что увеличение количества маркеров позволяет быстрее завершить процесс оценивания. В Центре сформирована база данных маркеров по определенным предметам и эта база регулярно уточняется и пополняется.

На сегодняшний день 679 из участвовавших в тренингах 1717 специалистов по азербайджанскому языку, 530 из 1417 специалистов по математике и 28 из 98 специалистов по русскому языку успешно прошли этап обучения (калибровки) и информация о них была включена в базу данных маркеров. Кроме того, Государственный экзаменационный центр продолжает работу по привлечению и обучению новых специалистов-предметников. Таким образом, начиная с октября ГЭЦ организует подготовительные курсы, о чем уже было сделано соответствующее объявление. На этих курсах предусматривается подготовка экспертов и маркеров в сферах разработки тестовых заданий нового типа, применение которых планируется на выпускных и вступительных экзаменах, критериев оценивания для них, а также проведения оценивания в соответствии с заданными критериями. Подготовительные курсы будут организованы как в городе Баку, так и в городах, где расположены региональные подразделения Центра. В этих курсах могут принимать участие обладающие знаниями о курикулуме учителя, методисты, студенты последних курсов высших учебных заведений по соответствующим специальностям бакалавриата и магистранты. Информация об участниках, успешно завершивших курс, будет включена в базу данных Центра и предусматривается организация сотрудничества с ними в качестве экспертов или маркеров на договорной основе. Следует отметить, что эти курсы, обучающие методике подготовки и использованию инструментов оценивания нового типа, будут доступны и для специалистов по другим учебным дисциплинам (например, географии, физике, химии, биологии и т.д.), что может быть полезным в повседневной работе каждого учителя.

- Как оценивался и кем оплачивался труд маркеров?

- Как вы знаете, Государственный экзаменационный центр является юридическим лицом публичного права. В настоящее время деятельность центра обеспечивается не за счет государственного бюджета, а в рамках собственных возможностей. Средства, полученные на экзаменах, расходуются на подготовку к ним, организацию экзаменов, обработку материалов и другие работы. Конечно, в том числе и на оплату труда маркеров, осуществляющих проверку письменных работ. С этой целью между Государственным экзаменационным центром и каждым маркером-учителем, участвующим в проверке письменных работ, подписывается договор, и они получают зарплату в соответствии с объемом проделанной работы. Так, в этом году в проверке письменных работ приняли участие около 500 специалистов, и в сумме им было выплачено около 400 тысяч манатов. Это означает, что в среднем для каждого маркера заработная плата составила свыше 700 манатов. Естественно, что есть учителя, которые получили больше этой суммы, а некоторые – меньше. Это зависит от производительности каждого маркера, качества выполняемой им работы, и общего затраченного им времени.

- Каким способом школьники могут определить свои знания до экзамена? Что вы можете сообщить о ресурсе imtahan.az?

- Как мы уже отмечали, после утверждения правил в журнале «Абитуриент», изданном в конце прошлого года, были представлены модельные задания, критерии оценивания и образцы «Листа ответов». «Листы ответов» были подготовлены в соответствии с заданными модельными заданиями, напечатанными в журнале, что позволяло каждому ученику в соответствии с инструкциями выполнить модельные задания на «Листе ответов», а учителям осуществить их проверку и оценить письменную работу в соответствии с приведенными критериями оценивания. Кроме того, для учеников, проходивших подготовку к выпускным экзаменам, на сайте imtahan.az были организованы испытательные онлайн-экзамены. Эти испытательные экзамены, начавшиеся в декабре прошлого года, продолжались до момента завершения первого этапа экзаменов. Проведение подобных экзаменов предусмотрено также и в следующем году.

Следует отметить, что примеры тестовых заданий для подготовки к сдаче выпускного экзамена в соответствии с новыми учебными программами (курикулами) по азербайджанскому языку и математике опубликованы в специальных выпусках журнала «Абитуриент» - сборниках тестов для V-IX классов по этим предметам.

- Можно ли сказать, что эти нововведения – азербайджанский бренд или был использован опыт других стран? Будет ли проведена презентация этой новой азербайджанской модели?

- Конечно же, при разработке данной системы оценивания был исследован и изучен международный опыт, достижения различных стран в этой сфере. Полученная в результате анализа информация была очень полезна при проектировании системы. Но нужно обязательно отметить, что разработанная система отличается от всех аналогичных систем в области оценки письменных работ в других странах. В ней реализованы дополнительные меры по повышению эффективности проверки, соблюдению безопасности процесса. Специальное программное обеспечение поддержки всех этапов технологического цикла, начиная от сканирования и кодировки письменных работ, деления на отдельные задания, заканчивая процессами подготовки материалов калибровки, проведения оценивания и публикации результатов, разработано специалистами Государственного экзаменационного центра. Кроме того, методология процесса была разработана в Центре на основании анализа опыта проведения и результатов мониторинговых экзаменов. Доклад об этой системе, подготовленный Государственным экзаменационным центром, был принят для презентации на 43-й ежегодной конференции Международной ассоциации оценки образования (IAEA), которая пройдет в октябре этого года в Батуми (Грузия), где предусмотрено выступление нескольких сотрудников Центра. Кроме того, новая система оценивания письменных работ, разработанная в Центре, и результаты ее внедрения будут обсуждаться с экспертами из Европейского союза в рамках инструмента технической помощи и информационного обмена (TAIEX), одного из инструментов институционального строительства Европейского союза (ЕС).

- Какие изменения ожидаются на выпускных экзаменах в 11-м классе?

- В следующем, 2018-м, году на выпускных экзаменах на уровне Xl класса никаких изменений не ожидается. Но на выпускном экзамене на уровне Xl класса 2019 года будут введены новшества, которые являются логическим продолжением изменений выпускных экзаменов на уровне lX класса, проведенных в этом году. В настоящее время, ведущиеся по этому поводу обсуждения находятся на грани завершения и в ближайшие дни результаты этих обсуждений будут официально представлены общественности.

Эльшан Рустамов, Г.Р.