Dövlət İmtahan Mərkəzində sentyabrın 30-da TOEFL IBT imtahanı keçiriləcəkdir

Line Spacing+- AFont Size+- Çap
28.09.2017

TOEFL IBT imtahanı 2017-cı il sentyabrın 30-da Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq və saat 10:00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər  saat 09:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün  http://dim.gov.az/exam/toefl/ linkinə daxil ola bilərsiniz.