Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kurslarında iştirak etmək istəyənlərin nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
02.10.2017

18 oktyabr 2017-ci il tarixdən başlayacaq kurslarda (kursun müddəti 2 aydır) iştirak etmək istəyənlər üçün qeydiyyat 16 oktyabr 2017-ci il tarixdə saat 23:59-da başa çatacaq. Həmin tarixdən sonra qeydiyyatdan keçənlər 09 yanvar 2018-ci il tarixində başlayacaq kurslarda iştirak edəcəklər.

Xatırladaq ki, kurslarda yalnız Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə yeni proqramlar (kurikulum) haqqında məlumatlı olan, ixtisası müvafiq fənlərə uyğun olan müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan  axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan  magistrlər iştirak edə bilərlər. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənəd və şəxsiyyəti təsdiq edən sənədin  əslini gətirməklə DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərlər (telefon nömrəsi: 431-63-86/87/91 (daxili nömrə: 1-32)).