DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Neftçala rayonunda vətəndaşları qəbul edəcək

Line Spacing+- AFont Size+- Çap
17.11.2017

Neftçala rayonunda keçiriləcək qəbulda Neftçala, Salyan, Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayon və Şirvan şəhər sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
 
Qəbul noyabrın 30-da saat 10:00-da Neftçala rayon H.Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri, H.Əliyev prospekti, 34) keçiriləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şirvan Regional Bölməsinə (ünvan: Şirvan şəhəri, M.Ə. Rəsulzadə pr., 19, əlaqə tel.: (02121) 5-15-23) müraciət etmələri  xahiş olunur.

Bundan əlavə, Neftçala, Salyan , Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayon Təhsil şöbələrində 20-29 noyabr 2017-cı il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat keçməklə də qəbula yazılmaq mümkündür.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.