İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

Line Spacing+- AFont Size+- Çap
18.11.2017

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 noyabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.

İmtahanın gedişini internet vasitəsilə də izləmək mümkündür. Bunun üçün  http://94.20.63.11:1991 ünvanına daxil olub istifadəçi adı yerinə operator, şifrə yerinə isə user12345 yazmaq lazımdır. Qeyd edək ki, brauzer kimi yalnız İnternet Explorer proqramından istifadə etməlisiniz.