DİM-də keçirilən elmi-metodiki seminarların işi haqqında məlumat

Line Spacing+- AFont Size+- Çap
20.11.2017

Dövlət İmtahan Mərkəzində ayrı-ayrı fənlər üzrə keçirilən elmi-metodiki seminarlar qrafikə uyğun olaraq fəaliyyətini davam etdirir. Müvafiq fənlər üzrə seminarlarda 2018-ci ildə keçiriləcək buraxılış imtahanının, hərbi liseylərə və ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının müzakirəsi başa çatıb. Müzakirələr nəticəsində proqramlar təsdiq edilib. Buraxılış və qəbul imtahanlarının proqramları 2018-ci ildə “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc ediləcək.

Hazırda elmi-metodiki seminarlarda 2017-ci il 30 aprel və 7 may tarixlərində keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəriciləri baxımından təhlili aparılır.