Hazırlıq kurslarının işi haqqında məlumat

Line Spacing+- AFont Size+- Çap
20.11.2017

Dövlət İmtahan Mərkəzində yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair təşkil edilmiş hazırlıq kursları fəaliyyətini davam etdirir. 

Fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər, pedaqoji yönlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlərin də iştirak etdiyi kurslarda müvafiq fənn üzrə kurikulumun mahiyyəti, strukturu, imtahan prosesində mənimsənmə səviyyəsinin yoxlanması mümkün alt standartlar, bilik və bacarıqların qiymətləndirilməsi meyarları haqqında məlumat verilib. Hazırda kursların iştirakçılarına yeni imtahan modellərinə dair nümunələrin hazırlanması ilə bağlı ev tapşırıqları verilib.